Tofiq BAKIXANOV: Azərbaycanın “Formula - 1” yarışlarını uğurla başa vurması qürurvericidir

Tariximiz və milli-mənəvi dəyərlərimiz haqqında söz açan alimlər fəxrlə yazırlar ki, Yaxın Şərqdə ilk demokratik respublikanın, ilk teatrın, ilk operanın  yaradılması Azərbaycan xalqının adı ilə bağlıdır. Region xalqları arasında nəinki ilk operanın yazılması, hətta səhnələşdirilməsi də bizim uğurumuzdur,  qadın bəstəkarın opera müəllifliyi etməsi də. Yəni xalqımızın önündə getməyi bacaranlar müxtəlif sahələrdə çoxsaylı ilklərə imza atıblar.  Sevindirici haldır ki,  yeni əsrin ikinci onilliyində dövlətimiz  bu ənənəni davam etdirir.

Mən Bakıda  “Formula - 1" yarışları üzrə Avropa Qran - prisinin keçirilməsini də nəzərdə tuturam. Bu, bir həqiqətdir ki, ölkəmizdə keçirilən  istənilən beynəlxalq tədbir, xüsusən, turizm və idman sahəsindəki  konfranslar, görüşlər, yarışlar, sərgilər    qazandığımız nailiyyətləri nümayiş etdirməklə bərabər,  ölkəmizə  turist cəlb edilməsinə də böyük töhfələr verir.  Dövlətimizin və  Prezidentimizin qayğısı nəticəsində   ölkəmizin  Beynəlxalq Olimpiya Hərəkatına qoşulması, paytaxtımızda  müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi, bu sahədə qazandığımız uğurlar, respublikamızda dünya  standartlarına cavab verən Olimpiya idman qurğularının tikilməsi hamı tərəfindən böyük maraq və məmnunluqla qarşılanır.

Birinci  Avropa Oyunları  ölkəmizin turizm imkanlarının, turizm cəlbediciliyinin tanıdılmasına kifayət qədər müsbət təsir göstərmişdi.   İnanıram ki, birinci Avropa Oyunları kimi,   ”Formula-1” Avropa Qran-prisi də  ölkəmizin beynəlxalq idman aləmində nüfuzunu artırmaqla yanaşı, respublikamıza turist axınını daha da gücləndirəcəkdir. Qəzetlərdə oxudum ki,  Prezident  İlham Əliyevin qəbulunda olan “Formula One Management” şirkətinin prezidenti Berni Ekklstou  bu  yarışların   Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məlumatların dünyada yayılması işinə xidmət edəcəyini vurğulayıb.

Mən bir paytaxt sakini və ziyalı nəslin nümayəndəsi kimi, fəxr  edirəm ki,  yarım milyardlıq auditoriyası ilə maraq doğuran və dünyanın məşhur idman yarışlarından olan “Formula-1"-in Avropa Qran - prisinin  Bakıda keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasına xidmət edəcək. Elə Prezidentin  ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  da  bildirib ki, ”Bakı-2015” Avropa Oyunlarından sonra “Formula-1” kimi mötəbər bir yarışın keçirilməsinin Azərbaycana həvalə edilməsi ölkəmizin siyasi, sosial, mədəni və digər sahələrdə əldə etdiyi uğurların beynəlxalq aləm tərəfindən qəbul olunmasının göstəricisidir.

Bu mötəbər beynəlxalq tədbir haqqında söyləmək istədiyim fikirləri  pakistanlı  jurnalist Malik Eyyub Sumbalın fikirləri ilə tamamlamaq istəyirəm. O, yazıb ki,   müsəlman dünyasında belə növ tədbirləri təşkil edən az sayda ölkə var. Azərbaycan ilk belə ölkələrdəndir. Doğrudan da, fəxr edilməlidir.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında