Birinci xanım Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

İyunun 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın  deputatı Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirən birinci xanım Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurla keçdiyinə əmin olduğunu söylədi. “Şadam ki, Azərbaycanda ilk dəfə keçirilən Formula-1 yarışını siz də izlədiniz”, - deyən Heydər Əliyev Fondunun prezidenti Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvlərinin sayının artdığına görə Jan Fransua Manselə xüsusi minnətdarlığını ifadə etdi. Fransadan gələn nümayəndə heyətinin tərkibində ölkəmizə ilk dəfədir ki, səfər edənlərin olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bu şəxslərin Azərbaycan reallıqları ilə yaxından tanış olub Fransa-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə səylər göstərəcəklərinə ümidvar olduğunu bildirdi. Heydər Əliyev Fondunun prezidenti ölkələrimiz arasında bütün sahələrdə - həm siyasi, həm iqtisadi, həm parlamentlər arasında əlaqələrin inkişaf etdiyini vurğuladı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu əlaqələrin daha da möhkəmlənməsi üçün müxtəlif tədbirlər görüldüyünü dedi. Humanitar sahədəki əlaqələrə toxunan Mehriban Əliyeva bir ildən artıqdır ki, ölkəmizdə Fransız Liseyinin fəaliyyət göstərdiyini, bu il Azərbaycan-Fransız Universitetinin açılışının nəzərdə tutulduğunu qonaqların diqqətinə çatdırdı. “Əminəm ki, humanitar sahədə birgə səylərimiz insanlarımızın bir-birini daha yaxından tanımasına imkan verəcək”, - deyən birinci xanım Mehriban Əliyeva bu səfərin xalqlarımızın və ölkələrimizin daha da yaxınlaşması işinə xidmət edəcəyini bildirdi. 

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Mansel başçılıq etdiyi nümayəndə heyəti adından görüşə görə

Mehriban Əliyevaya minnətdarlığını bildirdi, nümayəndə heyəti üzvlərinin bundan əvvəl heç vaxt ölkəmizdə olmadıqlarını, amma ürəklərinin artıq Azərbaycanla döyündüyünü söylədi. Jan Fransua Mansel “Formula-1” Avropa Qran-pri yarışının Bakıda yüksək səviyyədə keçirildiyini vurğuladı, bu cür beynəlxalq tədbirlərin təşkil edilməsində Azərbaycanın zəngin təcrübəyə malik olduğunu qeyd etdi.

Görüşdə Mehriban Əliyevaya Fransa Milli Assambleyası adından xatirə hədiyyəsi təqdim edildi.      

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında