İndoneziya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun üzvləri ilə görüş olmuşdur

Aprelin 16-da Azərbaycanın İndoneziyadakı səfirliyində İndoneziyanın yeni parlamentində təsis olunmuş İndoneziya-Azərbaycan parlamentlərarası ikitərəfli əməkdaşlıq qrupunun üzvləri ilə görüş keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, səfir İbrahim Hacıyev qonaqlara Azərbaycanın tarixi, müasir inkişafı, beynəlxalq aləmdə artan nüfuzu, regionda aparıcı rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan rəhbərliyinin münaqişənin sülh yolu ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində fəaliyyəti barədə məlumat vermişdir.
Səfir parlamentdə, İndoneziyanın müxtəlif vilayətlərində seminarların, forumların, görüşlərin keçirilməsində, İndoneziya siyasi dairələrinin, ictimaiyyətinin Azərbaycanda gedən proseslərlə tanış edilməsində, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin yayılmasında, iki ölkə parlamenti arasında qarşılıqlı səfərlərin təşkilində, Azərbaycan və İndoneziya nümayəndələrinin beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığın qurulmasında yeni qrupun yaxından iştirakının vacibliyini qeyd etmişdir.
Diplomat İndoneziya Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun aprelin 20-dən 23-dək Azərbaycana səfərinin ikitərəfli əlaqələr və əməkdaşlığa töhfə verəcəyinə inamını ifadə etmişdir.
Parlamentin ikitərəfli əməkdaşlıq qrupunun rəhbəri H.Kartana səfirlikdə görüşə görə minnətdarlıq etmiş, İndoneziya parlamentində 59 ölkə ilə əməkdaşlıq qruplarının yaradıldığını, İndoneziya-Azərbaycan əməkdaşlıq qrupuna parlamentdə təmsil olunan beş siyasi partiyadan doqquz nümayəndənin daxil edildiyini bildirmişdir. O demişdir ki, əməkdaşlıq qrupu Azərbaycan və İndoneziya xalqlarının daha da yaxınlaşmasına səy göstərəcəkdir.
Görüşün sonunda qrup üzvlərinə səfirlik tərəfindən nəşr etdirilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə kitab, "Xocalı faciəsi", "Erməni terroru" filmlərinin, yazıçı Erik Fayqlın "Terror mifi" adlı kitabın elektron versiyaları, Azərbaycanda turizmin inkişafı və ölkəmiz barədə təqdimat filminin diski verilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında