Dağlıq Qarabağ separatçı rejiminin başçısının Los-Ancelesə səfəri kütləvi etirazla qarşılanmışdır

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı erməni rejiminin başçısı Bako Sahakiyanın Los-Ancelesə səfəri kütləvi etirazla qarşılanmışdır.
Kaliforniya ştatının Azərbaycan və türk icmasının üzvləri noyabrın 19-da Sahakiyanın çıxışının nəzərdə tutulduğu "Pacific Club" qarşısında toplaşaraq erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını zəbt etməsi, bu ərazilərdə yaşayan Azərbaycan mənşəli əhalini etnik təmizləməyə məruz qoyması, eləcə də ABŞ və beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi və qərarlarını əks etdirən şüarlar səsləndirmiş, vərəqələr paylamışlar.
Azərbaycan və türk icmasının bir neçə üzvü separatçı rejimin başçısının çıxışını dinləmişdir.
AzərTAc-ın müxbirinin Azərbaycan Amerika Şurasından aldığı məlumata görə, Bako Sahakiyanı erməni diaspor təşkilatlarına təqdim edən Ermənistanın Los-Ancelesdəki baş konsulu Qriqor Hovanesyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın öz müqəddəratını həll etmək yolunda əldə etdiyi "nailiyyətlərindən" danışmışdır. Sahakiyan isə Dağlıq Qarabağın müstəqil gələcəyi üçün də yol açdığını demişdir. O, Dağlıq Qarabağın erməni icmasının sülh danışıqlarında birbaşa iştirakının zəruriliyini bildirmiş, münaqişəyə hətta yeni - "Azərbaycan-Qarabağ" münaqişəsi adı vermişdir.
Erməni tərəfinin həmişəki qeyri-konstruktiv arqumentləri və təhrif edilmiş faktlarını təkrarlayan Sahakiyan Dağlıq Qarabağın "heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacağı"nı iddia etmişdir. Lakin, Sahakiyanın bu güvənli yanaşması Azərbaycan və türk icmasından ona verilən sualları cavablandırarkən əriməyə başlamışdır. Xüsusilə də, Ermənistan prezidenti Serj Sarkisyanın ingilis jurnalisti ilə söhbətində Xocalı faciəsinə görə məsuliyyəti boynuna almasına münasibət bildirmək haqqında suala birbaşa cavab verməkdən boyun qaçırmışdır.
Azərbaycanın hərbi qüdrətinin artmasını şərh edəndə isə, separatçı rejimin başçısı ümumiyyətlə özünü itirmiş, təmsil etdiyi "Dağlıq Qarabağ Respublikası"nın adını unutmuş, müharibə olacağı təqdirdə "erməni silahlı qüvvələrinin" müdafiəyə hazır olacağını bildirmişdir.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də Dağlıq Qarabağ separatçı rejiminin başçısının məqsədi Amerikada Şükranlıq bayramı zamanı erməni diaspor təşkilatları tərəfindən keçirilən telemarafonda iştirak etməkdir. Noyabrın 25-də yayımlanacaq 12 saatlıq telemarafonda Los-Ancelesdə fəaliyyət göstərən "Ermənistan Fondu" Dağlıq Qarabağın kəndlərində su və irriqasiya sistemlərinin təkmilləşdirilməsinə kömək məqsədi ilə ABŞ-da yaşayan ermənilərdən ianələr qəbul edəcəkdir. Ötənilki telemarafonda Şuşanın bərpası adı ilə 16 milyon ABŞ dolları məbləğində vəsait yığılmışdır.{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında