Ermənistan növbəti dəfə sarsıdıcı diplomatik məğlubiyyətə uğramışdır

Serj Sarkisyan elə bir mühüm siyasi fiqur deyildir ki, NATO-nun Lissabon sammiti kimi nüfuzlu beynəlxalq forumlarda onun iştirak edib-etməməsi hiss olunsun. Buna görə də Ermənistan prezidenti tərəfindən NATO-nun sammitinin "boykot" edilməsindən danışmaq tamamilə gülünc təsir bağışlayır. Adamdan soruşarlar: bağışlayın, kim kimi boykot edir? Siyasi marginal Serj Sarkisyanın Lissabona getməkdən imtina etməsi yalnız bununla izah edilə bilər ki, o, həm ölkə daxilində, həm də dünya liderlərinin iştirakı ilə keçirilən, onun diplomatiyasını növbəti dəfə ifşa edəcək tədbirdə biabır olmaqdan yaxa qurtarmaq istəmişdir.
Şimali Atlantika blokunun Lissabon sammitində Ermənistan, gözlənildiyi kimi, növbəti dəfə sarsıdıcı diplomatik məğlubiyyətə uğramışdır. Bu münasibətlə biz özlərini təyini-müqəddərat məsələləri üzrə "ekspertlər" hesab edən Edvard Nalbandyanı və Şavarş Koçaryanı təbrik edirik. Sammitdə qəbul edilmiş yekun bəyannamədə Alyansın Cənubi Qafqazda və Dnestryanı bölgədə münaqişələrin tezliklə, Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü və müstəqilliyi əsasında tənzimlənməsinin dəstəkləməsi fikri ifadə edilir. Bəyannamədə millətlərin təyini-müqəddərat hüququnun adı belə çəkilmir (bax: bəyannamənin 21-ci və 35-ci bəndləri
http://www.nato.int/cps/en/natolive/official_texts_68828.htm).
Lakin Bakı həmin Bəyannamədə təyini-müqəddərat hüququna istinad edilməməsinə görə heç də sevinmir. Məlumdur ki, Azərbaycan həmişə bu hüququn tərəfdarı kimi çıxış etmiş, 2009-cu ilin dekabrında isə Yerevanın təəccübünə rəğmən, hətta BMT Baş Məclisinin A/64/438 nömrəli "Xalqların təyini-müqəddərat hüququnun bütünlüklə həyata keçirilməsi haqqında" adlı qətnaməsinin müəlliflərindən biri kimi çıxış etmiş və təbii ki, bu sənədin qəbul edilməsinin lehinə səs vermişdir. Təyini-müqəddərat hüququ dedikdə, özbaşınalıq və ölkə Konstitusiyasının pozulması, birtərəfli və zorakı sessiya, nə vaxt və harada ağlına gəlsə dövlət sərhədlərinin özbaşına dəyişdirilməsi, etnik təmizləmələr və hərbi cinayətlər kimi halların yolverilən olmasını nəzərdə tutan ermənilərdən fərqli olaraq, Azərbaycan bunu beynəlxalq hüquqa ciddi riayət edilməsi və Konstitusiyaya uyğun bir proses kimi düşünür. Təyini-müqəddərat məsələsi dövlətin ərazi bütövlüyü çərçivəsində, yaxud mərkəzin və əyalətin qarşılıqlı razılığı əsasında mümkündür. 1980-ci illərin axırları - 1990-cı illərin əvvəlində baş vermiş hadisələrin legitim təyini-müqəddərat ilə heç bir əlaqəsi yoxdur, çünki erməni separatçılarının bütün hərəkətləri 1977-ci il SSRİ Konstitusiyasına (maddə 78), 1990-cı il 3 aprel tarixli SSRİ Qanununa, SSRİ Ali Sovetinin qərarlarına, respublika qanunlarına, ittifaq dövləti dağılandan sonra isə həm də BMT-nin Nizamnaməsinə, 1975-ci il Helsinki Yekun Aktına və digər beynəlxalq konvensiyalara zidd idi.
Serj Sarkisyan, Edvard Nalbandyan, Şavarş Koçaryan və digər "başbilənlər" millətin təyini-müqəddərat hüququ məsələsini əməlli-başlı öyrənmədikləri halda həmişə - yeri gəldi-gəlmədi bu hüquqdan dəm vururlar. Onlar, necə deyərlər, nə bişdiyini bilmədən, "bir çömçə də mənə ver" deyirlər.
NATO-nun bu il noyabrın 19-20-də Lissabonda keçirilmiş sammitinin qəbul etdiyi bəyannamə Yerevan üçün növbəti zərbə oldu. O, nəhayət, millətin təyini-müqəddərat hüququ barədə danışmaqdan əvvəl özünə əziyyət verib, onun mahiyyətini öyrənməli və başa düşməlidir ki, bu hüquq Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağı birtərəfli şəkildə ondan ayırmaqda Ermənistana əsla kömək edə bilməz. Buna görə də təəccüblü deyildir ki, NATO üzvü olan dövlətlər ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi prinsipinin münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsası olmasını növbəti dəfə təsdiqləmişlər.
Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamənin qəbul edilməsi məsələsi NATO Parlament Assambleyasının növbəti sessiyasına keçirilmişdir. İndi, Lissabon bəyannaməsi qəbul ediləndən sonra qətnamənin qəbul ediləcəyi demək olar ki, artıq qabaqcadan həll olunmuş məsələdir.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında