Küveyt Dövləti Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini müdafiə edir

Milli Məclis sədrinin müavini Bahar Muradova aprelin 19-da Azərbaycanda səfərdə olan Küveyt parlamentinin qadın deputatları ilə görüşmüşdür.
B.Muradova ölkələrimiz arasındakı əlaqələrin tarixindən danışmış, münasibətlərimizin daha da genişlənməsində dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd etmişdir. O demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Küveytə səfərindən sonra münasibətlərimiz yeni müstəviyə qədəm qoymuşdur. Bu səfər çərçivəsində imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin inkişafı üçün hüquqi baza yaratmışdır.
Sonra Milli Məclis sədrinin müavini Azərbaycan parlamentinin fəaliyyəti, beynəlxalq əlaqələri, əməkdaşlığı, qanunvericilik bazasının möhkəmləndirilməsi və inkişafı sahəsindəki təcrübəsi barədə ətraflı məlumat vermişdir. Beynəlxalq əməkdaşlığın və qarşılıqlı səfərlərin təkcə parlamentlər arasında deyil, digər sahələrdə də əlaqələrin inkişafına töhfə verdiyini bildirmişdir.
B.Muradova Azərbaycanın inkişafına ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat vermiş, problemin həllində Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərdiyi humanitar yardımlara görə Küveyt Dövlətinə və xalqına minnətdarlığını bildirmişdir.
Nümayəndə heyətinin rəhbəri Küveyt Dövləti Milli Məclisinin deputatı Məsumə Saleh əl-Mubarək dost Azərbaycana səfərlərindən məmnun qaldıqlarını vurğulamış, apardıqları müzakirələrin ikitərəfli əlaqələrin inkişafına və qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsinə yaxşı töhfə verəcəyini qeyd etmişdir. O demişdir ki, təmsil etdiyi ölkə Azərbaycan ilə əlaqələrin möhkəmlənməsinə böyük önəm verir.
Digər qonaqlar da çıxış edərək Azərbaycanda olmaqdan məmnun qaldıqlarını bildirmiş, ölkəmizdə gedən quruculuq işlərindən razılıqla danışmışlar. Bildirilmişdir ki, təcavüzə məruz qalmış Küveyt xalqı azərbaycanlı qardaşlarının problemini başa düşür və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyirlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında