ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hansı istiqamətdə davam etdiriləcəyi müəyyənləşəcəkdir

ATƏT-in Astana sammiti bu beynəlxalq təşkilatın ən vacib zirvə görüşlərindən biridir. Sammitin Qazaxıstanda keçirilməsinin özü də mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri jurnalistlərə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov demişdir.
S.Novruzov bildirmişdir ki, sammitə hazırlıqla əlaqədar işlər görülür, bu vaxta kimi prezidentlərin görüşləri keçirilmiş və burada müxtəlif məsələlər müzakirə olunmuşdur. Biz gözləyirik ki, Astana sammitində Dağlıq Qarabağ münaqişəsinin fundamental şəkildə həlli istiqamətlərində indiyə qədər olan proseslərin hamısına bir nöqtə qoyulacaq və gələcəkdə danışıqların hansı istiqamətdə davam etdiriləcəyi müəyyənləşəcəkdir. İndiyə qədər olan proseslər dövründə Ermənistan ikitərəfli və ya ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşlərdə qarşıya qoyulan məqsəddən müxtəlif bəhanələrlə uzaqlaşmışdır. İnanırıq ki, bu sammitdə Ermənistanın bu məsələlərdən uzaqlaşması ilə onların özlərinin nə qədər qeyri-obyektiv olması ATƏT dövlətləri arasında sübut olunacaqdır.
S.Novruzov demişdir: "Mən hesab edirəm ki, gələcəkdə də Avropanın təhlükəsizliyi ilə bağlı olan məsələlərdə Ermənistan tamamilə fərqlənməlidir və bir işğalçı dövlət kimi onunla bağlı yenidən ATƏT-in sammitində qərar qəbul edilməlidir".{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında