Türkiyənin Baş naziri ABŞ-da Azərbaycanla bağlı apardığı danışıqlara aydınlıq gətirmişdir

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Kanal 24" televiziyasının "Açıq görüş" proqramında ABŞ-da keçirilmiş zirvə görüşü çərçivəsində Azərbaycanla bağlı apardığı danışıqlara aydınlıq gətirmişdir. O, Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə ermənilərin Dağlıq Qarabağ məsələsini normallaşma prosesindən kənarda tutmağı və Türkiyə-Ermənistan sərhədlərini açmağı təklif etdiklərini bildirmişdir.
Ərdoğan demişdir: "Mən ona 1993-cü ildə sərhədlərin nə üçün bağlandığı sualını verdim. Bu səbəb ortadan qalxmadan bizim parlamentimizdə protokolların keçməyəcəyini söylədim".
Baş nazir bildirmişdir ki, protokolların ratifikasiyası məsələsində bizim bir konsensus əldə etməmiz lazımdır. Bu konsensus da Azərbaycanla bağlıdır. Burada Minsk qrupunun fəaliyyəti gücləndirilməlidir. Mən ABŞ-da Barak Obama və Dmitri Medvedevlə, Fransaya səfərim zamanı isə Nikola Sarkozi ilə problemi müzakirə etmişəm. Artıq, 20 ildir onlar bu işdə bir nəticə əldə edə bilmədilər.
Türkiyə hökumətinin başçısı zirvə görüşünə Azərbaycanın dəvət olunmamasına da etiraz etdiyini vurğulayaraq demişdir: "Mən onlara bunu da söylədim. Mən Amerikaya gəldim, Sarkisyanı da buraya çağırdınız. Bəs Azərbaycanı niyə çağırmadınız? Azərbaycanı da dəvət etsəydiniz, Minsk qrupu ilə altılıqda bir toplantı keçirə bilərdik. Belə olsaydı, həm Azərbaycan və Ermənistan rahat hərəkət edə bilərdi, həm də mən rahat olardım. Onlar bu işi təşkil edərkən atom elektrik stansiyaları olan və olmayan ölkələri ayırdıqlarını bildirdilər və Ermənistanı orada atom elektrik stansiyası olduğu üçün dəvət etdiklərini söylədilər. Ancaq, o, Ermənistanın deyil, Rusiyanın atom stansiyasıdır. O zaman, Gürcüstanı nədən dəvət etdiniz? Orada atom stansiyası yoxdur. Dedilər bu məsələdə bir yanlışlıq olmuşdur. Dəvəti çatdırmaqda bir sıxıntı yaşadıq. Xanım Hillari Klinton dedi ki, mən hörmətli İlham Əliyevə telefonla zəng etdim və bu vəziyyəti izah etdim".
Rəcəb Tayyib Ərdoğan bu prosesləri gələcəkdə də yaxından izləyəcəyini, aprelin 24-də qondarma "erməni soyqırımı" ilə bağlı ABŞ-da heç bir problem olmayacağını da demişdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında