Avropa İttifaqı Ermənistanın atom silahına malik olması ilə bağlı açıqlamanı araşdıracaq

Avropa Komissiyası hesab edir ki, Ermənistanın nüvə silahına malik olması barədə bu ölkənin sabiq baş naziri Qrant Baqratyanın açıqlaması araşdırılmalıdır.

APA-nın “İnterfax”a istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerininin rəsmi nümayəndəsi Maya Kosyançiç Brüsseldə keçirilən brifinqdə deyib:  “Bizim nüvə silahı və onun yayılmaması ilə bağlı mövqeyimizi bilirsiniz. Yanaşmamız aydındır”.

Xatırladaq ki, Ermənistanın sabiq baş naziri Q. Baqratyan Ermənistanın atom silahına sahib olduğunu bildirib. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə ölkənin nüvə silahı yaratmağı planlaşdırmadığını bəyan edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında