Amanda POL: Qarabağda aprel eskalasiyası danışıqlar prosesinin uzun illər yerində saymasının nəticəsi olub

Tanınmış siyasi şərhçi və jurnalist, Brüsseldə yerləşən Avropanın nüfuzlu “beyin mərkəz”lərindən olan Avropa Siyasət Mərkəzinin layihə rəhbəri Amanda Pol  “EurActiv”in müxbiri ilə söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət haqqında fikirlərini bölüşüb. O, hərbi əməliyyatların eskalasiyasının səbəbini danışıqlar prosesinin çıxılmaz vəziyyətə düşməsində gördüyünü bildirib.

Bundan əlavə, politoloq qarşıdurmanın hərbi fazasının yenidən başlanması ilə Ermənistanın siyasi rəhbərliyinin yeni strategiyası – möhkəmlənməkdə olan Azərbaycana “qabaqlayıcı zərbələr” endirmək  yolu ilə “strateji çəkindirmə” kursu arasında inandırıcı paralellər aparıb. Ekspert bu dörd günü son illər Azərbaycan ordusunun balansında  olan yeni silah növlərinin sınaqdan keçirilməsi üçün yaxşı imkan adlandırıb.

Amanda Pol deyib: “Bakı münaqişənin müzakirəsini beynəlxalq birliyin gündəliyinə gətirmək istəyir”.

Bu münaqişədə dinin heç vaxt rol oynamadığını vurğulayan politoloq müxbirin bu barədə səhvinə üsulluca düzəliş edib. 

O, həmçinin xatırladıb ki, Almaniya ATƏT-in sədri kimi danışıqlar prosesinə yeni təkan verilməsində fəal rol oynamağa çalışır.

Vüqar SEYİDOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında