Ali Baş Komandan cəbhə bölgəsinə səfəri ilə xalqımızın orduya, qələbəyə inamını daha da artırdı

Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mayın 1-də Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri, əsgər və zabitlərlə, cəbhəyanı kəndlərin sakinləri ilə görüşməsi insanlarımızda qələbəyə inamı da artırıb.

Dövlətimizin başçısının bu səfəri bir daha göstərdi ki, möhtərəm İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Elə Prezidenti ki, ölkəmizin hər bir bölgəsinin problemlərinə, orada yaşayan insanların qayğılarına həssaslıqla yanaşır. Bu bölgə Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşirsə, o zaman diqqət daha çox nəzərə çarpır. 

Ali Baş Komandan İlham Əliyevin cəbhəboyu zonanın ön xəttinə səfəri həm də bir daha sübut etdi ki, dövlətimizin başçısı həmişə olduğu kimi, ən çətin məqamda da ön xəttə xidmət edən əsgər və zabitlərin, təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalinin yanındadır. Prezident səfər çərçivəsində ön xətdəki real vəziyyəti, qoşunların döyüş hazırlığının səviyyəsini yoxladı, mühüm tapşırıqlarını verdi. Bu səfər Ali Baş Komandanın  bütün məsələləri daim şəxsi nəzarətində saxladığını, bilavasitə yerlərə səfər edərək vəziyyəti ətraflı qiymətləndirdiyini və lazımi qərarlar qəbul edərək vacib tapşırıqlar verdiyini bir daha göstərdi. Həmçinin onu sübut etdi ki, Azərbaycan Ordusunun hazırlığı ən yüksək səviyyədədir və Silahlı Qüvvələrimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda Ali Baş Komandanın döyüş əmrinə hər an hazırdır.

Dövlət başçısı cəbhə xəttində erməni vandalizmindən ziyan çəkən, evləri dağıdılan ailələrlə görüşdü, erməni təxribatları zamanı xəsarət alan mülki şəxslərə baş çəkdi. Prezidentin cəbhə xəttində olması erməni ilə üz-üzə dayanan, erməni silahlı qüvvələrinə qarşı mərdliklə mübarizə aparan və onlara ciddi itkilər yaşadan Milli Ordumuzun əhval-ruhiyyəsinin artmasına, mənəvi üstünlüyümüzün daha da yüksəlməsinə zəmin yaratdı. Dövlət başçısının cəbhə xəttindəki kəndlərdə yaşayan sakinlərlə görüşməsi, onların problemləri, dəymiş ziyan haqqında vətəndaşlardan şəxsən məlumat alması, baş verənləri gözləri ilə görməsi əhali arasında nikbinlik, mərdlik və ölkə rəhbərliyinə inamın möhkəmlənməsində mühüm bir amildir.

Cənab İlham Əliyevin Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yaşayan çətin, ağır günlər keçirən insanlarla görüşə getməsi, xalqın yanında olması hər bir kənd sakinində böyük arxayınçılıq yaradıb. Onlar bir daha əmin olublar ki, Ali Baş Komandanın rəhbərliyi ilə bütün səylər işğal altındakı torpaqlarımız azad edilməsinə yönəldilib.  

İndi Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yaşayan kənd sakinləri ermənilərin yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmasına, evləri dağıtmalarına  baxmayaraq, doğma yurd-yuvalarını tərk etmirlər. Çünki Ali Baş Komandana və ordumuza inanırlar.

Bəli, Ali Baş Komandan cənab  İlham Əliyev  bu səfəri ilə xalqımızın orduya, qələbəyə inamını daha da artırdı. İndi bütün Azərbaycan vətəndaşları, eləcə də cəbhə bölgəsində yaşayan soydaşlarımız tam əmindirlər ki, möhtərəm dövlət başçımızın  rəhbərliyi ilə torpaqlarımız  tezliklə işğaldan azad ediləcək.

Səbuhi ABBASOV,
Azərbaycan-Slavyan
Gəncləri Assosiasiyası
İctimai Birliyinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında