Ceyhun ƏLƏKBƏROV: Bölgənin siyasi cəhətdən əsas prioritet sayılan ölkəsi məhz Azərbaycandır

“Əvvəllər Azərbaycanı kiçik və dünya siyasətində yeri və rolu olmayan ölkə kimi təsəvvür edirdiksə, indi vəziyyət dəyişmişdir. Bu gün Azərbaycan  çevik hərbi əməliyyatlar aparmaq qabiliyyəti və torpaqlarını işğaldan azad etmək əzmkarlığı ilə seçilən güclü ordusu, Ermənistanın işğalçı mövqeyi üzərində diplomatik qələbələri ilə, Bakının dünyanın humanitar mərkəzlərindən birinə çevrilməsi ilə regionda liderliyə tam olaraq sahiblənib. Bu baxımdan bu gün Azərbaycan hesablaşılan dövlətdir”.

Bu fikirləri redaksiyamıza Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bildirdi. Təşkilat sədri qeyd etdi ki,  bu yaxınlarda dövlət başçımızın Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi, ABŞ siyasətini müəyyənləşdirən şəxslərlə görüşləri Azərbaycana olan yüksək münasibətin təzahürü idi. Bu günlərdə Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedevin Bakıya səfəri və son günlər yaranan hərbi qarşıdurmanın nizamlanmasında göstərilən səylər Azərbaycanın öz mövqelərini prinsipial şəkildə müdafiə etməsi dövlətimizlə əlaqələrin inkişafının böyük dövlətlərin marağında olduğunu sübut etdi. Bu gün regionda təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Rusiya kimi regional formatların yaradılması təşəbbüsü ilə çıxış edilir. Azərbaycan və Türkiyə qarşılıqlı olaraq təhlükəsizlik müqavilələri imzalayır. Yəni bölgənin siyasi cəhətdən əsas prioritet sayılan ölkəsi məhz Azərbaycandır.

C. Ələkbərov vurğuladı ki, bütün beynəlxalq hüquqi prinsiplərdə, BMT qətnamələrində, Helsinki Yekun Aktında Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və münaqişələrin ölkələrin qanuni sərhədləri çərçivəsində həll edilməsi öz əksini tapır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,   bütün həmsədr ölkələr – ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin.

Görünən mənzərə odur ki, Ermənistan mövcud status-kvonu saxlamaqla öz işğalçı planlarının ömrünü uzatmaq istəyir. Lakin son qarşıdurma da göstərdi ki, Azərbaycan bir qarış torpağını belə Ermənistana güzəştə getməyəcək. Biz şəhidlər verdik, lakin Ermənistan ordusunun hücumunun qarşısını nəinki aldıq, hətta bir sıra strateji yüksəklikləri yenidən geri alaraq düşmən qüvvələrini sözün həqiqi mənasında, darmadağın etdik. Düşmən hələ də bu məğlubiyyət şokundan, itirdiyi çoxsaylı canlı qüvvənin xofundan ayılmayıb. Biz düşmən ölkədən nəinki iqtisadi, siyasi, mədəni göstəricilərdə, həm də hərbi sahədə nə qədər yüksəkdə dayandığımızı sübut etdik.  Dövlətimiz sülh istəyir, ölkə rəhbərimiz də vurğuladı ki, biz istəmirik nə azərbaycanlı, nə də erməni anaları ağlasın. Yəni Azərbaycan bunun üçün maksimum səylərini əsirgəmir, lakin ermənilər bir həqiqəti anlamalıdır ki, əvvəl-axır işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməlidirlər, əks halda onları buna məcbur edəcəyik.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında