“France 24”-də keçirilən teledebat Azərbaycanın haqlı mövqeyini ortaya qoydu

Ermənilər niyə “France 24” telekanalında efirə gedən teledebatı yaymadılar?

Fransanın ən məşhur və reytinqli “France 24" telekanalının Azərbaycanın və Ermənistanın Fransadakı səfirlərini Dağlıq Qarabağ bölgəsində baş vermiş son hadisələrlə bağlı teledebata dəvət etməsi və erməni səfirin debatdan imtina etməsi ilə bağlı yayılan xəbər geniş müzakirələrə səbəb olmuşdur.

Bu məsələyə münasibət bildirən Avropanın ən ünlü siyasətciləri, eləcə də Fransa Milli Asambleyasının deputatları Ermənistan təmsilçisinin dialoqdan yayındığına təəssüfləndiyini bildirmişlər. Senator Jan Fransua Mansel isə yaydıgı bəyanatda Ermənistan səfirinin məsuliyyətsiz addımından hiddətləndiyini bildirmiş, bunun Ermənistanın atəşkəsi pozduğunu, eyni zamanda, beynəlxalq hüquq normalarına riayət etmədiyinin sübutu kimi dəyərləndirmişdir.

Dünən “France 24”ün səfirləri yenidən teledebata dəvətinə isə bu dəfə Ermənistanın Fransadakı səfiri yox, Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF ) həmsədri Murad Papazyan qatılmışdır. Onun canlı yayımda ermənilərin fitnəkarlıqlarını pərdələmək cəhdi iflasa uğramışdır.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov isə teledebatda Azərbaycanın ədalətli mövqeyini, Ermənistanın terrorçuluq, özgə torpaqlarını qəsb etmək, dinc əhaliyə divan tutmaq siyasətindən əl çəkmədiyini, bu dəfə də fitnəkarlıqla qan tökülməsinə bais olduğunu inandırıci dəlillərlə telekanalın geniş auditoriyasına təqdim etmişdir. Təcavüzkar erməni rejiminin öz ölkəsini, dünya birliyini olduğu kimi, Fransa ictimaiyyətini də aldatdığını, Azərbaycanın 20 faiz ərazisini işğal etdiyini, 1 milyon soydaşımızı qaçqın və köçkünə çevirdiyini, Xocalı soyqırımını törətdiyini xatırladan azərbaycanlı diplomat bu quldur yığınını beynəlxalq cinayətkar adlandırmışdır.

Daha sonra Azərbaycan səfiri  Ermənistanın bu dəfə də atəşkəsi pozduğunu, ümumiyyətlə, 1993-cü ildən bəri beynəlxalq hüquqa və Azərbaycanın tarixi Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 rayonunu qanunsuz işğal altında saxlamasına dair BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə (822, 854, 874 və 884) riayət etmədiyini vurğulamışdır. Səfir Elçin Əmirbəyov qətiyyətlə bildirmişdir ki, Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq və Ermənistanın işğal altında saxladığı ərazini, hansı yolla olur-olsun, azad edəcək.

Teledebat Azərbaycan tərəfinin sülhsevər və haqlı mövqeyini bir daha fransız tamaşaçılara çatdırmışdır. Canlı telediskussiyada bir daha bəyan edilmişdir ki, bütün Qafqazda təhlükə mənbəyi olan və cinayətkar dəstə tərəfindən idarə olunan Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında süni surətdə yaradılmış, xarici qüvvələrin əlində oyuncaq rolunu oynayan və ölkəmizə təzyiq alətinə çevrilən hərbi- terrorçu bir qurumdur.

Məlumat üçün bildiririk ki, Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyan 2011-2012 illərdə Fransanin indiki prezidenti Fransua Ollandın müşaviri olmuş və ona yaxınlığı ilə seçilən simalardan sayılır. Buna baxmayaraq, ermənilər Azərbaycan səfirinin Murad Papazyanı diplomatik nokauta saldığı teledebatı rəsmi saytlarında yerləşdirməkdən imtina etmişlər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında