Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi NATO PA-nın yaz sessiyasında müzakirəyə çıxarılacaqdır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinin NATO Parlament Assambleyasında müzakirəsi Azərbaycan tərəfinin təklifi əsasında təxirə salınmışdır.
Bunu jurnalistlərə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov söyləmişdir.
Z.Əsgərov demişdir ki, Azərbaycan tərəfi bu addımı ölkədə parlament seçkisinin keçirilməsi ilə əlaqədar atmışdır. Azərbaycan layihənin müzakirəsinin növbəti sessiyayadək təxirə salınması barədə NATO PA-nın sədrinə rəsmi müraciət göndərmiş və buna müsbət cavab verilmişdir.
Ermənistan tərəfinin qətnamə layihəsinin təxirə salınmasını özlərinin ciddi səyi kimi qələmə verməsi tam yanlışdır.
Z.Əsgərov onu da bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi NATO PA-nın yaz sessiyasında müzakirəyə çıxarılacaqdır. Qətnamə layihəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı da öz əksini tapmışdır. Azərbaycan tərəfi, eyni zamanda, qətnaməyə başqa əlavələrin edilməsi üçün də təkliflər hazırlamışdır.
Qeyd edək ki, Azərbaycanın nümayəndə heyəti parlament seçkisi ilə bağlı NATO PA-nın noyabrın 13-dən 16-dək Polşada keçiriləcək toplantısında iştirak etməyəcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında