TEAS-ın direktoru Lionel Zetter: Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, dünyada heç bir dövlət bunun əksini demir

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter Dağlıq Qarabağda baş verən son hadisələrlə əlaqədar “Əl-Cəzirə” televiziyasının canlı yayımında sualları cavablandırıb.

APA-nın məlumatına görə, L.Zetter Azərbaycanın Ermənistanın hədələrinə qarşı hər zaman özünümüdafiə ilə cavab verdiyini bildirərək xalqların 30 min insanın ölümünə səbəb olan 1988-1994-cü illərdəki münaqişə barədə çox pis xatirələrinin olduğunu qeyd edib.

O, bu vaxtadək tərəflər arasında sülh sazişinin imzalanmamasının səbəbkarı kimi də erməni tərəfini göstərib. “Azərbaycan bazar günü axşam birtərəfli şəkildə atəşkəs elan edib. Lakin erməni tərəfi mülki şəxslərin, eləcə də məcburi köçkünlərin düşərgəsinə atəşi davam etdirib. Təəssüflər olsun ki buna görə də gərginlik davam edir. ATƏT-in Minsk qrupu barışdırıcı təklif irəli sürmüşdü. Əsas prinsiplər Azərbaycan tərəfindən qəbul edilmişdi. İlkin olaraq Ermənistan da bunu qəbul etmişdi, lakin sonradan bundan yayındılar. Buna görə də  heç bir irəliləyiş baş verməyib. Ortada BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi,  BMT Baş Assambleyasının qətnaməsi,  AŞPA-nın qətnaməsi var və bunların hamısı eyni sözü deyir – Dağlıq Qarabağ və 7 ətraf rayon Azərbaycana məxsusdur və Ermənistan öz qoşunlarını geri çəkməlidir. Onlar isə bunu etməyiblər.”

L.Zetter həmçinin Dağlıq Qarabağda Ermənistan tərəfindən keçirilmiş saxta referendumun heç bir hüquqi əsasının olmadığını qeyd edib. “Bütün Azərbaycanlıların regionda etnik təmizləməyə məruz qalmasından sonra referendum necə keçirilə bilər ?! Necə referendum keçirə bilərsiniz ki, əhalinin yarısı zorla bu ərazidən çıxarılıb ?! Azərbaycan dövləti öz sərhədləri daxilində ən yüksək özünüidarə hüququ təklif edib, lakin müstəqillik yox. Niyə də olmalıdır ki ?! Bura Azərbaycan ərazisidir, hər kəs belə deyir, dünyada heç bir dövlət bunun əksini demir”.

L.Zetter həmçinin erməni və azərbaycanlı əhalinin bir yerdə sülh şəraitində yaşamasının mümkünlüyünü və uzun illər boyu  xalqların yanaşı yaşadıqlarını qeyd edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında