D.Peskov: Jurnalistlər qanunvericilik normalarına riayət etməlidirlər

Dağlıq Qarabağda hadisələrin inkişafı getdikcə daha böyük narahatlıq doğurur, beynəlxalq məkanda vəziyyətin nizama salınması üçün çox ciddi səylər göstərilir. TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Rusiya tərəfi münaqişə zonasında vəziyyətdən narahat olduğunu dəfələrlə bildirib. Hələlik hadisələrin inkişafı daha böyük təşviş doğurur.

Kremlin nümayəndəsi deyib: “Regionun bütün dövlətləri, Minsk beşliyinə cəlb olunan bütün ölkələr bu təşvişi bölüşürlər. Buna görə də indi çox ciddi səylər göstərilir”.

D.Peskov əlavə edib ki, həm ayrı-ayrı idarələrin xətti ilə, həm də beynəlxalq məkanda əlaqələr saxlanılır.

“LifeNews” telekanalının çəkiliş qrupunun Azərbaycandan deportasiyasını şərh etmək xahişinə cavab verən RF Prezidentinin mətbuat katibi Dmitri Peskov etiraf edib ki, işin təfsilatını bilmir. Bununla belə, Kremlin nümayəndəsi vurğulayıb ki, “qanunvericilik normalarına (jurnalistlər tərəfindən)  riayət olunmalıdır”.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında