Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın beynəlxalq aləmdəki reytinqini daha da artırdı

Son günlər, həm ölkə mətbuatında, həm də xarici kütləvi informasiya vasitələrində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfəri barədə  çoxsaylı yazılar verilir. Bu materialların əksəriyyətində qeyd olunur ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artırdı. Tam razıyam. Amma xatırlatmaq vacibdir ki, Prezidentin hər səfəri Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun , reytinqinin artmasında özünəməxsus rol oynayır.

Mən arqumentimi əsaslandırmaq üçün dövlət başçımızın bir neçə il qabaq Praqada erməniləri, sözün həqiqi mənasında, mat qoyan səfərini, bu ilin ilk iki ayında bütün dünyadakı bədxahlarımızı mat edən Tehran və Ankara səfərlərini yada salmaq istəyirdim. Amma, dərindən fikirləşəndə, görürsən ki, cənab İlham Əliyevin bütün səfərləri məhz bu səviyyədə olur.

Dövlət başçımızın Vaşinqton səfəri, sadəcə, həmin ənənənin yüksək səviyyədə davam etdirilməsidir. Prezident yenə də öz məntiqi, arqumenti, siyasəti, diplomatiyası, dünyanı narahat edən iqtisadi problemlərdən çıxış yollarına münasibəti, ən başlıcası, istənilən məqamda xalqımızın və dövlətimizin mənafelərini əsas  tutmaq qabiliyyəti ilə  Azərbaycana üzağlığı, xalqımıza başucalığı gətirdi.

Prezidentin Vaşinqton səfəri çərçivəsində reallaşdırılan tədbirləri, keçirilən görüşləri və aparılan müzakirələri izlədikcə,  sözün həqiqi mənasında, tarixi məqamlara çevrilmiş faktların şahidi olduq.  Xüsusən, dövlət başçımızın  martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşündə və mətbuat üçün səslənən bəyanatlarda bugünkü dünya, region və Azərbaycan həqiqətləri fonunda kifayət qədər açıq fikirlər səsləndirildi. Məsələn,  Con Kerrinin “Biz donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin nəhayət öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ öz həllini tapmalıdır” – qətiyyəti Yerevanda yüksəkballı zəlzələ effekti yaratmışdı. 

Həmin effekti Prezident İlham Əliyevin Vaşinqtonda, dünyanın az qala bütün ölkələrini təmsil edən jurnalistlərin qarşısında nümayiş etdirdiyi qətiyyət birə-beş qat artırdı: “Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli yollarının tapılması istiqamətində göstərdiyi səylərinə görə ABŞ hökumətinə minnətdarıq. Hesab edirik ki, münaqişə Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həllini tapmalıdır. Ermənistan və Azərbaycan arasındakı münaqişə, postsovet məkanında olan və ümumiyyətlə, dünyada baş verən bütün münaqişələr öz həllini ölkələrin ərazi bütövlüyü əsasında tapmalıdır”.

Biz əminik ki, dövlət başçımızın illərdən bəri davam edən prinsipial və qətiyyətli xarici siyasəti nəticəsində müstəqil dövlətimizin yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə və ədalətli şəkildə öz həllini tapacaqdır. O da  həqiqətdir ki, dövlət başçımızın Vaşinqton səfəri bu məsələdə müstəsna xidmətləri olan tarixi fakt kimi yaddaşlarda qalacaq.

Rəşad MƏCİD,
“525-ci qəzet”-in
baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında