Siyasi ekspertlər Azərbaycan Prezidentinin ABŞ-a səfərini yüksək qiymətləndirirlər

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a etdiyi səfəri maraqlı görüşlərlə yadda qalıb. Dövlət başçısı ABŞ-ın bir sıra rəsmi  şəxsləri ilə görüşlər keçirib.  Bu görüşlərin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə, Azərbaycanın beynəlxalq və regional siyasətdəki roluna, Dağlıq Qarabağ münaqişəsinin həllinə mümkün təsirləri barədə siyasi ekspertlərin fikirlərinə diqqət yetirək.

Siyasi analitik Vüqar Zifəroğlu bildirdi ki, ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə dəvət məktubu göndərməsi və Prezidentin ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzdan xəbər verir. Bildiyiniz kimi, ABŞ və eləcə də Qərb postsovet məkanında, Qafqaz və Xəzər regionunda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan Xəzər regionunda təhlükəsizlik sahəsində ABŞ-ın etibarlı müttəfiqidir. Ümumiyyətlə, Azərbaycan elə regionda yerləşir ki, həmişə strateji əhəmiyyət daşıyan kilid ölkə olaraq qalacaq. Nüvə dövləti olmasaq da, Azərbaycan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq edir, beynəlxalq konvensiyalara qoşulub. Biz hər zaman nüvə təhlükəsizliyi məsələsinə həssas yanaşmışıq.

Bildiyiniz kimi, Azərbaycan tərəfi Araz çayına Ermənistandakı Metsamor AES-in tullantılarının atıldığına və bunun ekologiyaya böyük ziyan vurduğuna dair məsələləri daim gündəliyə gətirib və müvafiq sənədləri təqdim edib. Heş şübhəsiz ki, sammitdə də dövlət başçımız Azərbaycanın nüvə təhlükəsizliyi sahəsində gördüyü işlər və qarşıda duran vəzifələr barədə danışacaq. Bu cür sammitlər, eyni zamanda, müxtəlif görüşlərin keçirilməsi, danışıqların aparılması baxımından da əhəmiyyətlidir. Birmənalı olaraq vurğulaya bilərik ki, bu səfərin böyük əhəmiyyəti var.

V. Zifəroğlu əlavə etdi ki, cənab İlham Əliyevin  “ABŞ-ın enerji layihələrimizə dəstək verməsi  Azərbaycanın nüfuzunun yüksək olmasının göstəricisidir. Dövlət katibi Con Kerri Azərbaycanın regionda yerini və rolunu yüksək qiymətləndirdi. ABŞ da, Avropa da, Rusiya da, ümumiyyətlə, dünyanın fövqəladə gücləri Azərbaycanın Cənubi Qafqazın əsas ölkəsi olduğunu yaxşı anlayır və bu vacibliyin  Yaxın Şərqin də sabitliyində önəmli faktorlardan ola biləcəyini dərk edirlər. Çünki, Azərbaycanın müsəlman ölkəsi kimi dünyəvi demokratik qanunlarla idarə olunmağının özü regionun sabitliyini sığorta edən cəhətlərdəndir”.

 

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət:

– Azərbaycan Prezidentinin bu   sammitə dəvəti  onun şəxsinə, onun timsalında ölkəmizə   ABŞ və bütövlükdə dünya güclərinin verdiyi yüksək dəyərin ifadəsidir.   Prezident İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Co Bayden və dövlət katibi Con Kerri ilə ayrılıqda görüşməs ondan xəbər verir ki, Prezident İlham Əliyev ABŞ Administrasiyası tərəfindən ciddi və güvənli bir lider kimi qəbul edilir. Burada onu da əlavə edərdim ki, nüvə ölkəsi olmasına baxmayaraq Ermənistanın dəvət edilməməsi fonunda Azərbaycanın bu toplantıya dəvət edilməsi bizi izləyənlər üçün bir mesaj olmalıdır.  Nəzərə alsaq ki, Prezident İlham Əliyevin balanslı və düşünülmüş siyasəti Azərbaycanda sabitliyi təmin edir, bu məqamda ABŞ-ın belə yanaşması bizim əminliyimizi bir qədər də artırmış olur. Ümumilikdə, bu səfər uğurludur, Azərbaycan və bütövlükdə bölgə üçün fövqəladə əhəmiyyətə malikdir.

Hazırladı: Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında