Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Prezidentinin əfv sərəncamını yüksək qiymətləndirib

Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Prezidenti İlham Əliyevin bu il martın 17- də imzaladığı  “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı alqışlayıb. Avrasiya Beynəlxalq Mətbuat Fondundan aldığımız məlumatda deyilir ki, bu barədə BMİ- nin açıqlamasını “Eurasia diary” beynəlxalq analitik informasiya portalı dünyanın aparıcı dillərində geniş yayıb.

Beynəlxalq Mətbuat İnstitutunun rəsmi saytında da yerləşdirilmiş həmin bəyanatda deyilir ki, bu qurum Azərbaycanda 148 nəfərə şamil edilən əfvetmə barədə ölkə Prezidenti İlham Əliyevin növbəti sərəncamını yaxşı bir xəbər kimi yüksək dəyərləndirib. Sənəddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 137 məhkumun cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 şəxsin cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfərin cəzadan azad edilməsi, onların sırasında 16 xarici ölkənin vətəndaşının da  olması təqdir edilir.

Bəyanatda xüsusilə əfv olunanlar arasında jurnalist fəaliyyəti ilə məşğul olanların adlarının olması müsbət bir addım kimi vurğulanır. Jurnalist Rauf Mirqədirovun 5 il şərti cəza alaraq azadlığa buraxılmasını da beynəlxalq qurum xoş niyyətin təcəssümü kimi qəbul edib. Beynəlxalq Mətbuat İnstitutunun bəyanatında qurumun Bakı Regional Təşəbbüs Mərkəzinin, Azərbaycan Milli Komitəsinin rəhbəri, BMİ-nin idarə heyətinin üzvü Umud Mirzəyevin söhbət açılan əfv sərəncamı ilə bağlı fikirlərinə geniş yer verilib.

Azərbaycan dövlətinin başçısının xalqımızın ümummilli bayramı –Novruz münasibətilə atdığı növbəti humanist addımı çox yüksək qiymətləndirən BMİ- nin idarə heyətinin üzvü olan həmyerlimiz bildirib ki, beynəlxalq təşkilatlar bu istiqamətdə hökumət təmsilçiləri ilə səmərəli və konstruktiv dialoqu bundan sonra da davam etdirməlidir. Məhz bu əfv sərəncamı göstərdi ki, belə bir anlaşmanın çox faydalı nəticəsi olur.

R. TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında