Zbiqnev Bjezinski: "Azərbaycan özünü uğurlu dövlət kimi təsdiqləmişdir"

ABŞ-ın iki nüfuzlu təhlil mərkəzi - Ceymstaun Fondu və Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun təşəbbüsü ilə Vaşinqtondakı Beynəlxalq Sülh üzrə Karneqi Fondunda "ABŞ-Azərbaycan münasibətləri: strateji tərəfdaşlığın durumu" mövzusunda konfrans keçirilmişdir.
Müzakirələrdə Birləşmiş Ştatların bölgəmiz üzrə aparıcı tədqiqatçıları son illər Azərbaycan ilə ABŞ arasında əlaqələrin dinamikasını nəzərdən keçirmiş, Birləşmiş Ştatların bölgəmizdəki maraqlarının daha yaxşı təmsil olunması üçün Obama hakimiyyətinə tövsiyələrlə çıxış etmişlər.
Konfrans təşkilatçılarının xüsusi dəvətini qəbul edərək ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin məsləhətçisi, tanınmış siyasi xadim Zbiqnev Bjezinski də ABŞ-Azərbaycan münasibətləri ilə bağlı fikirlərini bölüşmüşdür.
Cənab Bjezinski bildirmişdir ki, Azərbaycan bölgədə mühüm "oyunçu" olaraq özünü uğurla inkişaf edən dövlət kimi təsdiqləmişdir. Özü də bu əhəmiyyətli irəliləyiş Azərbaycanın "açıq yarası" olan davamlı münaqişə şəraitində baş vermişdir. Onun sözlərinə görə, Azərbaycana səfər edən hər bir kəs baş verən sosial-iqtisadi inkişafdan böyük təəssüratlarla qayıdır. Çatışmazlıqlar olsa da, onlar tarixi perspektivlər baxımından qiymətləndirilməlidir. Suveren dövlətin qurulmasının mürəkkəb proses olduğunu xatırladan Z.Bjezinski demişdir ki, ABŞ demokratiyasının özündə də hələ 40 il əvvəl xoşagəlməz boşluqlar var idi.
Ümummilli lider Heydər Əliyevi müasir Azərbaycan dövlətinin banisi adlandıran Bjezinski onun bir dövlət xadimi kimi çətin anlarda strateji seçim etməyi bacaran və uzaqgörən rəhbər olduğunu xüsusi vurğulamışdır. Bakı-Tbilisi-Ceyhan layihəsi də məhz belə strateji seçim idi. Bjezinski demişdir: "Heydər Əliyev üçün dövlətin suverenliyi və onun xalqı hər şeydən üstün idi".
Obama hakimiyyətinin Cənubi Qafqaz bölgəsi ilə bağlı siyasətini şərh edən Zbiqnev Bjezinski ABŞ-ın Azərbaycan və Gürcüstanla qurduğu münasibətlərdən irəli gələrək onlara dair müəyyən "öhdəliklərin" olduğunu qeyd etmişdir. Ermənistan isə bu mənada sual altındadır.
Ağ evin Azərbaycanla bağlı bir sıra qeyri-peşəkar məsuliyyətsizliyə yol verdiyini deyən Zbiqnev Bjezinski Prezident İlham Əliyevin Barak Obamanın təşəbbüsü ilə keçirilən nüvə zirvə toplantısına dəvət olunmamasını səhv addım adlandırmışdır. O bildirmişdir ki, bu cür addımlar ciddi nəticələr verə bilər. Buna baxmayaraq, sabiq müşavir hesab edir ki, İlham Əliyevlə Barak Obama arasında Nyu-Yorkda baş tutan müsbət görüşdən hər iki lider razı qalmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün bölgəyə ziyan gətirdiyini deyən Bjezinski münaqişənin həllində təkcə Dağlıq Qarabağın statusu deyil, həm də onun ətrafındakı torpaqların davamlı işğalı məsələsinin həll olunması zərurətini qeyd etmişdir. Onun sözlərinə görə, xaricdən təzyiq problemi tam həll edə bilməz. Münaqişə tərəflərinin özləri bunda maraqlı olmalıdırlar. ABŞ münaqişənin hərb yolu ilə həllinin tərəfdarı deyildir.{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında