Azərbaycan ilə İraq arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdur

Azərbaycanda səfərdə olan İraqın ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 11-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluq ifadə edən Oqtay Əsədov ölkələrimiz arasında əlaqələrin qədim tarixinin olduğunu bildirmişdir. O demişdir ki, xalqlarımız arasındakı yüksək mədəni və tarixi əlaqələr münasibətlərimizin hərtərəfli inkişafına öz töhfəsini verir. Bu gün Azərbaycan ilə İraq arasında siyasi münasibətlər yüksək səviyyədədir.
Milli Məclisin sədri demişdir ki, ölkəmiz beynəlxalq antiterror koalisiyasının üzvüdür və Azərbaycanın sülhməramlı qüvvələri İraqda xidmət etmişdir.
Oqtay Əsədov vurğulamışdır ki, İraqda bəzi terrorçu qüvvələrin törətdiyi terror aktları, bunun nəticəsində dinc vətəndaşların həlak olması Azərbaycan xalqını kədərləndirir. Terrorun acı nəticələrindən Azərbaycan xalqı yaxşı xəbərdardır. Ermənistan tərəfindən əraziləri işğala məruz qalan Azərbaycan xalqına qarşı ermənilər müxtəlif terror aktları törətmiş, soyqırımı həyata keçirmişlər.
Milli Məclisin sədri İraqda qanlı terror aktlarına tezliklə son qoyulacağına, bu ölkədə sabitliyin bərqərar olacağına əminliyini bildirmişdir.
Oqtay Əsədov Azərbaycan ilə İraq arasında ticarət əlaqələrinin mövcudluğuna diqqət çəkmiş və demişdir ki, ölkələrimizin ticarət dövriyyəsinin həcmi 47 milyon ABŞ dolları təşkil edir, amma bu mövcud potensialı əks etdirmir. Ümid edirik ki, ölkəmizə səfəriniz çərçivəsində imzalanan yeni sənədlər bu sahədə münasibətlərin daha intensiv xarakter almasına xidmət edəcəkdir.
İki ölkə arasında mədəni əlaqələrə toxunan O.Əsədov 2008-ci ildə İraq hökumətinin dəstəyi ilə Kərbəla şəhərində böyük Azərbaycan ədibi Məhəmməd Füzuli festivalının keçirildiyini xüsusi qeyd etmişdir.
Qarşılıqlı münasibətlərin inkişafında parlamentlərin də mühüm rol oynadığını vurğulayan O.Əsədov demişdir ki, noyabrın 7-də ölkəmizdə növbəti parlament seçkiləri keçirilmişdir. Parlamentin budəfəki tərkibində yenə də İraq dostluq qrupu fəaliyyət göstərəcəkdir.
Səmimi görüş üçün təşəkkürünü bildirən İraqın ticarət naziri yüksək səviyyədə keçirilən parlament seçkiləri və burada Yeni Azərbaycan Partiyasının təmsilçilərinin qazandığı qələbəyə görə təbriklərini çatdırmışdır. O, Azərbaycan sülhməramlı qüvvələrinin İraqda xidmət göstərməsini yüksək qiymətləndirdiklərini vurğulamış, bunu dost, qardaş Azərbaycan xalqının İraq xalqına dəstəyinin bariz nümunəsi kimi qiymətləndirmişdir.
Şəfaəddin Məhəmməd Əl-Safi ölkələrimiz arasında digər sahələrdə də əlaqələrin intensiv inkişaf etdiyini söyləmişdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında