Noelen HEYZER: Azərbaycan qlobal müstəvidə nüfuz sahibinə çevrilib

BMT baş katibinin sabiq müavini  Noelen Heyzer bu günlərdə  Bakıda keçirilən IV Qlobal Bakı Forumunun qonaqları arasında olmuşdur. Əslən sinqapurlu tanınmış siyasətçi xanım tədbir barədə qəzetimizin əməkdaşına müsahibə verərkən bunları demişdir:

– Mən bu mühüm beynəlxalq tədbirə böyük maraqla qatılmışam. Tədbir çərçivəsində keçirilən panel iclaslarının birində çıxış edərək bildirdim ki, dünya hazırda həmişəkindən daha zəngin və rəngarəngdir. Yaxşı haldır ki, Bakı forumunda daha çox təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılır. Lakin iqtisadi bərabərsizlik də diqqətdən kənarda qalmamalıdır.

Dünyada iqtisadi sistem yenilənməlidir. Bizim hamımızın yaşadığı yeganə bir planetimiz var. Yoxsulluq və iqtisadi bərabərsizliyi aradan qaldırmaq üçün yeni yollar axtarılmalıdır. Milyonlarla insan çətin şəraitdə yaşayır. Dövlətlər bu sahədə müəyyən işlər görməlidirlər.

Bir məqamı da vurğulamaq istəyirəm. O da budur ki, paytaxt Bakıda belə mühüm  tədbir təşkil etməklə Azərbaycan dövləti ən yüksək beynəlxalq səviyyədə sayılıb-seçilən bir dövlət olduğunu bir daha ortaya qoya bildi. Ölkənizin uğurları barədə əvvəldən kifayət qədər məlumatım vardı. Amma burada, Bakıda öz gözlərimlə əyani gördüklərim hər şey güclü və davamlı inkişaf və tərəqqidən soraq verir.

 Fikrimcə, bu tərəqqinin əsasında düzgün idarəçilik, sabitlik və milli münasibətlərdə bərqərar olmuş harmoniya durur. Bunlar çox yaxşı və təqdir olunmağa layiq amillərdir.  İnanıram ki, Azərbaycan dövləti bu sahədəki uğurlarını daha da artıraraq, böyük nailiyyətlər əldə edə biləcək. 

Dünyada bu gün xalqlar, millətlər  və dövlətlər arasında mədəni, dostluq və etimad əlaqələrinin güclənməsinə, həqiqətən,  böyük ehtiyac var. Azərbaycanın tolerantlıq sahəsindəki uğurlarından başqa ölkələr də bəhrələnə bilərlər. Bu mənada, Bakı forumunun praktik olaraq böyük faydası olacağını düşünürəm.

 Azərbaycan Şərq və Qərb mədəniyyətini özündə birləşdirən unikal bir dövlətdir.  Azərbaycanın çox zəngin mədəniyyəti var. Yalnız belə zəngin mədəni sərvətə sahib olan xalqlar fenomen multikultural dəyərlər nümayiş etdirməyə qadirdir. Bu ölkəni ziyarət etməyimdən, həqiqətən, çox məmnun qaldım.

Dövlətinizin yüksək təşkilatçılıq səriştəsi başqa qonaqlar kimi, mənim də diqqətimdən yayına bilməzdi. Bir daha Azərbaycanın müdrik xalqına, onun çox səriştəli dövlət və hökumət rəhbərlərinə uğurlar arzulayıram. Buradakı səmimi insanları ömrüm boyu unutmayacağıma əminəm.

Söhbəti yazdı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında