Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu təşkilatın sədri Mövlud Çavuşoğluna məktub göndərmişdir

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Ermənistan prezidenti Serj Sarkisyanın cari il oktyabrın 16-da erməni diaspor nümayəndələri və jurnalistləri ilə görüşdə azərbaycanlıların və ermənilərin etnik cəhətdən uyğunsuzluqları haqqında bəyanatına cavab olaraq AŞPA-nın sədri Mövlud Çavuşoğluna məktub göndərmişdir.
Səməd Seyidov S.Sarkisyanın ermənilərin digər xalqlardan, həmçinin "köçəri türk - müsəlman tayfaları" adlandırdığı azərbaycanlılardan daha üstün səviyyədə olduğunu göstərməsini Ermənistanın açıq-aşkar irqçilik ideologiyasının və dini xurafatın bariz nümunəsi kimi xarakterizə etmişdir. Məktub müəllifi Ermənistanın yüksək vəzifəli məmurlarının açıq-aşkar biabırçı etnik diferensiasiya fikirlərinə əsaslanan, beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də bəşəriyyətin mənəvi və əxlaqi prinsiplərinə zidd bəyanatlar səsləndirməsinin ilk dəfə olmadığını xatırladaraq, əvvəlki prezident Robert Koçaryanın "erməni və azərbaycanlılar arasında etnik uyğunsuzluq" barədə bəyanatının haqlı olaraq beynəlxalq ictimaiyyətin hiddətinə səbəb olduğunu bildirmişdir.
Məktubda Avropa Şurasının sabiq baş katibi Valter Şvimmerin "Koçaryanın bəyanatı müharibənin başlanmasına qızışdırmağa bərabərdir və davakar, ritorik nifrətin təzahürüdür", eləcə də Parlament Assambleyasının sabiq sədri Piter Şiderin "Avropa Şurası yarandığı gündən bəri "etnik uyğunsuzluq" ifadəsini eşitməmişdir" fikirləri də xatırlanır.
Sənəddə o da qeyd olunur ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymaqdan, qonşu xalqlara olan ərazi iddialarından əl çəkməkdən başqa alternativi yoxdur.
S.Seyidov AŞPA sədrinin qeyd edilən məsələnin inkişafını yaxından izləyəcəyinə və təşkilata üzv dövlətlər üçün münasib olmayan bu cür hərəkətlərin və bəyanatların qarşısını almaq üçün müvafiq tədbirlərin görüləcəyinə inandığını bildirmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında