Abdullah Gül: Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı məsələ həllini tapmalıdır

Türkiyə Prezidenti Abdullah Gül Londondakı Oksford Universitetində Ermənistanla münasibətlərin normallaşması prosesi ilə bağlı suala cavabında demişdir ki, rəsmi Ankara bu istiqamətdə kifayət qədər səy göstərmişdir.
Biz bu fikirdəyik ki, "dondurulmuş" münaqişələrin həll olunması zəruridir, çünki onlar ani olaraq partlaya bilər. Cənubi Qafqazdakı bütün problemlərin həll olunması hamımızın mənafeyinə uyğundur. Bugünkü de-fakto vəziyyət heç kimin marağına cavab vermir. Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasındakı problemlərin həllinin bir yolu vardır. Əvvəlcə Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı məsələ həllini tapmalıdır. Bu problemi nəzərə almamaq mümkün deyildir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bərabər yeddi rayonu da işğal altındadır və BMT də onların işğal olunduğunu söyləyir. Ermənistan da bunların öz torpaqları olmadığını bilir və bunu ifadə edir.
Digər tərəfdən, Türkiyə ilə Ermənistan arasında da bəzi problemlər mövcuddur. Biz Ermənistanı müstəqilliyinin ilk günündən tanıyan ölkələrdən biri olmuşuq. Lakin, aramızdakı problemlər davam edir.
Bütün bu problemlərin həlli üçün səylər göstərilmişdir və bu, davam edəcəkdir.{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında