ABŞ hakimiyyətinin son zamanlar atdığı addımlar Azərbaycan ictimaiyyətini narahat edir

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ hökumətinin son zamanlar atdığı addımların Azərbaycan ictimaiyyətini narahat etdiyini bildirərək demişdir: "Biz dəfələrlə ABŞ-ın müxtəlif qurumlarına çağırışlar etmişik ki, siz ATƏT-in üç həmsədrindən birisiniz, Dağlıq Qarabağ münaqişəsində də həlledici mövqeyə maliksiniz. Ermənistanla məsələlərdə, yardımlarda, Ermənistanı çətin vəziyyətdən çıxarma missiyasında bir qədər ehtiyatlı olun. Digər tərəfdən, siz sülhyaratma missiyasını üzərinə götürmüş bir ölkəsiniz".
Şöbə müdiri qeyd etmişdir ki, ABŞ Azərbaycanı özünün strateji müttəfiqi hesab edir, dünyadakı sülhyaratma prosesində Azərbaycan əsgərləri də iştirak edirlər: "Beynəlxalq terrorizmə qarşı mübarizədə Amerika ilk müsəlman dövləti olaraq Azərbaycanı yanında gördü. Azərbaycan buna görə az qala digər müsəlman ölkələri ilə münasibətləri korlamışdı. Enerji siyasətində Azərbaycan hər zaman Amerikanın maraqlarını nəzərə alıb. Digər məsələlər də var. ABŞ isə Dağlıq Qarabağ probleminin həllinə ciddi səy göstərmədən Ermənistanı vəziyyətdən çıxarmaq istəyir. Niyə? Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə, bölgədəki transmilli layihələrdən kənarda qalıb, Ermənistanın vəziyyəti getdikcə pisləşir, əhali ölkəni tərk edir. Ermənistanın vəziyyətinin düzəlməsi, bizim fikrimizcə, işğalçılıq siyasətinə son verilməsi ilə olmalıdır. Yoxsa kiminləsə sərhədi açmaq, dilənərək ona əlavə pul göndərmək və sairlə yox. Bunlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olur. Ona görə də antiamerika çıxışlarına görə heç kimi günahlandırmasınlar. Günahı ilk növbədə Vaşinqtonun siyasətini müəyyən edən Konqresdə, erməni lobbisinin təsiri ilə qərar qəbul edən Amerika hakimiyyətində görsünlər".
Ə.Həsənov bildirmişdir ki, Azərbaycan ABŞ-ın bu siyasətinə qarşı artıq adekvat addımlar atır: "Mən hesab edirəm ki, Azərbaycan artıq adekvat addımlar atıb. Bu görünür. Biz birtərəfli qaydada Azərbaycana normal, dost, tərəfdaş münasibət bəsləməyən ölkəyə nə üçün dost, tərəfdaş münasibəti bəsləməliyik? Bu anlamda Azərbaycan hakimiyyəti və ictimaiyyəti adekvat addımlar atmaqdadır, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı alternativ yollar axtarmaqdadır. ABŞ-ın Minsk qrupunda təmsilçiliyinə qarşı artıq ictimai rəy formalaşır. Bu təmsilçilik Azərbaycana heç nə vermədi".{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında