“...Xocalı...Sərsəng... Davam edən soyqırımı”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Beynəlxalq Mətbuat Mərkəzində  “...Xocalı...Sərsəng... Davam edən soyqırımı” adlı tədbir keçirib.

AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov bildirib ki, Sərsəng su anbarının 22 ildən çoxdur, Ermənistanın işğalı altında olması Azərbaycana və azərbaycanlılara qarşı soyqırımıdır: “Bu yaxınlarda Sərsəng su anbarı ilə bağlı Avropa Şurasında qəbul edilən qətnamə bir daha Ermənistanın işğalçı olmasını təsdiqlədi. Xocalı soyqırımı, Sərsəng su anbarı ilə bağlı baş verənlər bizi bir daha səsləyir ki, torpaqlarımızı işğaldan azad edək”.

E.Süleymanov qeyd edib ki, BMT-də və Avropa Şurasında qəbul edilən qətnamələr problemin Dağlıq Qarabağ münaqişəsi yox, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ münaqişəsi adlandırılmasına əsas verir: “Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında dinlənilən məruzələrdə də bu, bir daha vurğulandı. Yeri gəlmişkən, qəbul olunan  məruzədə bütün deyilənlər tamamilə haqlı fikirlər idi”.

Daha sonra “Soyqırımı və terror siyasəti Ermənistanın milli ideologiyasının ana xətti kimi”  mövzusunda  siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, “Dünya erməniliyinin terror və cinayətlər tarixi” mövzusunda isə tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı məruzə ediblər.

Tədbirdə Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri, AVCİYA-nın vitse-prezidenti  Vəli Əlibəyov, “Sərsəng - Sos” layihəsinin əlaqələndiricisi   Samir İsayev və digər ictimaiyyət nümayəndələri çıxış ediblər.  Mövzu ətrafında çıxışlar başa çatdıqdan sonra AVCİYA adından Ermənistan dövləti tərəfindən Azərbaycan torpaqlarının işğalı və işğal altında olan torpaqlarda davam edən cinayətlərlə bağlı Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət qəbul olunub.

Anar TURAN,  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında