Azərbaycanın ictimai birlikləri ABŞ-da və bəzi Avropa ölkələrində qondarma “erməni soyqırımı”nın tanınması prosesini kəskin pisləmişlər

Martın 16-da Azərbaycanın bir neçə ictimai birliyi ABŞ-da və Avropa ölkələrində qondarmaerməni soyqırımı”nın tanınması, Türkiyəyə və Azərbaycana qarşı olan təzyiqlərlə bağlı birgə mətbuat konfransı keçirmişdir.

{nl}

Bildirilmişdir ki, bu hadisələr Azərbaycanın ictimai birlikləri tərəfindən hiddətlə qarşılanmışdır. Bununla bağlı Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Çernobıl Əlilləri İttifaqı, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Əfqanıstan Veteranları İctimai Birliyi, Müharibə Veteranı Qadınlara Sosial Yardım İctimai Birliyi, XXI Əsrin Qadınları İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı, “Azərbaycan Respublikası Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi, Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər Birliyi bu prosesləri kəskin pisləyən birgə bəyanat qəbul etmişlər.

{nl}

Bəyanatda qeyd olunur ki, ABŞ Konqresi Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin qondarmaerməni soyqırımı”na dair qərar qəbul etməsi və bununla da ABŞ-ın strateji müttəfiqi olan Türkiyəni ədalətsiz şəkildə ermənilərin xəyallarına qurban verməsi bölgədə xoşagəlməz hadisələrə gətirib çıxara bilər.

{nl}

Hər il aprelin 24-də türk dünyasının gözü ABŞ Konqresinə dikilir. Erməni lobbisinin əlində alətə çevrilmiş bu qurum Türkiyəni həmişə qondarmaerməni soyqırımı” ilə hədələyir və sonda ABŞ Prezidentininyoxkəlməsi ilə məsələ təxirə salınır. İndiyədək bu oyunun davam etməsi ABŞ kimi bir dövlətin dünyaya sülh və ədalət gətirmək prinsipini kölgədə qoyur.

{nl}

Sənəddə deyilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan ən böyük amil dünyanın nüfuzlu dövlətləri tərəfindən məsələyə ikili standartlarla yanaşılması, təcavüzkarın öz adı ilə çağırılmaması və cəzasız qalması, işğalçı ilə işğalın qurbanının bərabər tutulmasıdır.

{nl}

Münaqişənin nizamlanması missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ və bəzi Avropa ölkələri tərəfindən ədalətsiz qərarın qəbul edilməsi bölgədə sülhün bərpasına maneçilik törədir və danışıqlar prosesində indiyədək əldə edilmiş müsbət nəticələri heçə endirə bilər.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında