AŞPA Daimi Komitəsinin iclası Türkiyədə keçiriləcəkdir

Noyabrın 12-də Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Türkiyə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin iclasına ev sahibliyi edəcəkdir.
Antalya şəhərində keçiriləcək iclasa AŞPA-nın sədri Mövlud Çavuşoğlu sədrlik edəcəkdir. Parlamentarilər Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.
Antalya iclasında Avropada qaraçıların sığınacaq hüquqları, azlıqların hüquqlarının müdafiə olunması üzrə Avropa Xartiyası, ekologiya, ABŞ ilə parlamentlərarası dialoq və digər məsələlər müzakirə olunacaqdır.
Bundan başqa, iclasdan bir gün əvvəl Mövlud Çavuşoğlu və Türkiyənin dövlət naziri Aliyə Kavafın iştirakı ilə AŞPA-nın qadın hüquqları ilə bağlı toplantısı da keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında