Azərbaycanın BMT-dəki Daimi nümayəndəliyi BMT-nin baş katibinə məktub ünvanlamışdır

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ermənistan Prezidenti Serj Sarkisyanın diaspor jurnalistləri ilə oktyabrın 16-da keçirdiyi görüşdə açıq-aşkar irqçilik ideologiyasını və dini üstünlüyü qeyd etməsi nəzərə alınaraq Azərbaycan Respublikasının BMT-dəki Daimi nümayəndəliyi tərəfindən BMT baş katibinə məktub ünvanlanmışdır.
Məktubda Ermənistan Prezidentinin öz çıxışında absurd genetik tədqiqatlar nəticəsində Ermənistanın 8 min ilə yaxın bir müddətdə mövcud olduğunu qeyd etməsi vurğulanmışdır. Ermənistan Prezidentinin bu sözləri ölkəsinin tarixini yanlış faktlar üzərində qurulmasından başqa, ermənilərin özlərini digər xalqlardan, o cümlədən "türk-müsəlman köçəri tayfa" adlandırdığı azərbaycanlılardan üstün gördükləri fikrini ifadə etmişdir.
Ermənistan Prezidentinin keçmişdə dünyanın belə "genetik tədqiqatlar"ın qorxulu nəticələrindən nə qədər əziyyət çəkdiyini unutması təəssüratı yaranır.
Lakin ilk dəfə deyil ki, Ermənistanın yüksək vəzifəli nümayəndələri beynəlxalq hüquq və bəşəriyyətin etik prinsiplərinə zidd etnik təbəqələşmə ideologiyasını təbliğ edən bəyanatlarla çıxış edirlər.
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın "ermənilər və azərbaycanlılar arasında etnik uyğunsuzluq" barədə verdiyi bəyanat beynəlxalq ictimaiyyət tərəfindən haqlı qəzəbə səbəb olmuşdur. Bununla əlaqədar Avropa Şurasının baş katibi Volter Şvimmer Koçaryanın bəyanatını müharibəyə təhrikçiliklə bərabər, düşmənçilik və nifrət ritorikasının təzahürü kimi qiymətləndirmiş, Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider isə Avropa Şurası yarandıqdan "etnik uyğunsuzluq" termini ilə üzləşmədiyini bəyan etmişdir.
Serj Sarkisyanın çıxışında yer almış ifadələr Ermənistanın dövlət siyasətində əsas yeri irqi üstünlük və nifrət ideologiyasının tutmasının danılmaz sübutudur.
Azərbaycan Respublikası inanır ki, Cənubi Qafqazda uzunmüddətli sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün beynəlxalq ictimaiyyət birgə səylərlə Ermənistan Respublikasını irqi və dini üstünlük motivləri üzərində qurulmuş siyasətini dayandırmağa, Azərbaycan Respublikasının ərazilərinin qeyri-qanuni işğalına son qoymağa, qonşu xalqlara ərazi iddialarından əl çəkməyə və regiondakı bütün ölkələrlə sivil əlaqələr yaratmağa inandırmalıdır.
Azərbaycan Respublikasının BMT-dəki Daimi nümayəndəliyi tərəfindən BMT baş katibinə ünvanlanmış bu məktub rəsmi sənəd kimi təşkilatın üzvləri arasında yayılmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında