Bakıda Xəzərdə təhlükəsizlik məsələlərinə həsr olunmuş dördüncü iclas keçirilir

Noyabrın 3-də Bakıda Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair Sazişin razılaşdırılmasına dair dördüncü iclas öz işinə başlamışdır.
Beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən iclasda müxtəlif dövlət orqanlarının Xəzərin təhlükəsizliyi sahəsində əməkdaşlığı məsələləri müzakirə olunur.
Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirmişdir ki, bundan əvvəlki üç görüş də Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin və ekspertlərin iştirakı ilə Bakıda təşkil olunmuşdur. Bu görüşlərdə Xəzərdə təhlükəsizliyin təmin edilməsində Xəzəryanı ölkələrin müvafiq strukturlarının qarşılıqlı fəaliyyəti və əməkdaşlığına dair saziş layihəsi müzakirə edilmiş, onun müəyyən maddələri razılaşdırılmışdır. Sonuncu-üçüncü görüşdə isə yeni irəliləyişlər əldə olunmuşdur.
Müzakirələrin konstruktiv və yüksək anlaşma şəraitində davam etdiyini qeyd edən nazir müavini demişdir: "Əminik ki, əldə olunacaq saziş Xəzərdə təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı baza yaradacaqdır".
X.Xələfov bildirmişdir ki, bugünkü görüşdə layihə qəbul olunacaqdır. Layihənin noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryanı ölkələrin sammitində müzakirə olunacağı gözlənilir.
İclasda Azərbaycan tərəfinin təhlükəsizliklə bağlı hazırladığı layihənin regionun gələcək inkişafına töhfə verəcəyi vurğulanmışdır. Bildirilmişdir ki, Xəzəryanı ölkələrin birgə əməkdaşlığı regionun təhlükəsizliyinə və sabitliyinə xidmət edəcəkdir.
Qeyd edək ki, sənəddə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin satışı, qanunsuz miqrasiya, insan alveri, qaçaqmalçılıq, silah alveri və onların hazırlanması üçün avadanlıq və texnologiyaların gətirilməsi ilə mübarizə və s. mövzular əksini tapmışdır.
İclas noyabrın 4-dək davam edəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında