Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülhə və sabitliyə təhdiddir

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Böyük Britaniyanın "International Alert" təşkilatı ilə birgə "Cənubi Qafqaz: qlobal tendensiyalar və təhlükələr" mövzusunda "dəyirmi masa" təşkil olunmuşdur.
Tədbirdə "International Alert" təşkilatının baş katibi Den Smit və digərləri məruzəçi qismində çıxış etmişlər.
Məqsəd Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək, mövcud təhlükələri qiymətləndirərək, onlara qarşı birgə mübarizə strategiyası hazırlamaq, regionun inkişaf perspektivlərinə, təhlükəsizlik məsələsinə, sülhə və əməkdaşlığa dair fikir mübadiləsi aparmaq olmuşdur.
Den Smit həll edilməmiş münaqişələrin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda iqtisadi inkişafa əngəl törətməklə yanaşı, sülh və sabitliyə təhdid olduğunu demişdir. Natiq münaqişənin həll edilməsi istiqamətində dünya ictimaiyyətinin səylərinin daha da artırılmasının zəruriliyini vurğulamış və demişdir ki, regional təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri şərtlərdən biri də əməkdaşlığın gücləndirilməsidir.
Digər çıxış edənlər terrorçuluğun, separatçılığın, xüsusilə də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış nəzarətsiz zonalarda narkotik maddələrin qeyri-qanuni dövriyyəsinin və silah alverinin regionda təhlükəsizlik üçün başlıca təhdid olduğunu bildirmişlər.
Natiqlər dünya ölkələrini və beynəlxalq təşkilatları təcavüzkarla təcavüzə məruz qalanı eyniləşdirməməyə, Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi üçün təzyiq göstərməyə çağırmışlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında