Frederik STARR: Obama hakimiyyəti Azərbaycanı Vaşinqtonda nüvə təhlükəsizliyi toplantısına dəvət etməməkdə ciddi səhvə yol vermişdir

Bu həftə nüvə təhlükəsizliyi ilə bağlı Vaşinqtonda keçirilmiş ikigünlük toplantı rəsmi məlumat və iş planının qəbulu ilə başa çatmışdır. Toplantının iştirakçısı olan dövlətlər üzərlərinə öhdəlik götürərək nüvə silahının yayılmaması üzrə daxili təhlükəsizlik tədbirlərinin artırılması, qlobal nüvə təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə ikitərəfli və çoxtərəfli mexanizmlərdən istifadə edəcəkləri barədə qərar qəbul etmişlər.
Nüvə maddələrinin terror qruplarının əlinə keçərək qlobal silaha çevrilməsi mümkünlüyünü diqqətə çatdırmaq istəyən Ağ evin rəsmi Bakını müzakirələrə dəvət etməməsi elə ABŞ-ın özündə ciddi narazılıq doğurmuş, Obama Administrasiyasının səhv addımı adlandırılmışdır.
Nüfuzlu Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun direktoru, professor Frederik Starr ölkəmizin nüvə müzakirələrində iştirak etməməsini Obama hakimiyyətinin ciddi səhvi adlandırmışdır. O bildirmişdir ki, Ağ evin rəsmi açıqlamasına baxmayaraq, hamı başa düşür ki, Azərbaycan nümayəndələri zirvə toplantısı çərçivəsində Türkiyə-Ermənistan danışıqlarının rəvan keçməsi üçün qıraqda saxlanılmışdır. Frederik Starr demişdir: "Prezident Obama yəqin elə düşünmüşdür ki, ərazisi Ermənistan tərəfindən zəbt olunan dövlətin başçısının burada olması Türkiyə ilə Ermənistan arasında razılığın əldə edilməsində narahatlıq törədər. Təbii ki, bu, ciddi səhv idi. Obama hakimiyyəti bunu artıq başa düşmüşdür. Konqresdəki nümayəndələrin çoxu bu addımın düzgün olmadığını bildirmişdir. Lakin mən ümid edirəm ki, bu səhv nəticəsində Ağ evin ünvanına yönələn ciddi tənqid onların Cənubi Qafqaza daha həssas yanaşmalarına gətirib çıxaracaqdır. Onu da qeyd edim ki, Prezident İlham Əliyev məsələyə olduqca açıq münasibət bildirməkdə tamamilə haqlı idi".

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında