Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri tarixi hadisədir

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə dekabrın 8-dən 11-dək Çində dövlət səfərində olub. Azərbaycan dövlətinin başçısının bu səfəri həm Azərbaycan, həm də Çin və xarici KİV-lərdə geniş işıqlandırılıb.

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov səfərin sona çatması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin dövlət səfərinin tarixi xarakterini qeyd edərək, bu səfərin yekunları haqqında müfəssəl məlumat verib. Çin Xalq Respublikasının Sinxua Dövlət Agentliyi Novruz Məmmədovun Bakıdakı bəyanatı barədə “İlham Əliyevin Çinə səfəri tarixi hadisədir” sərlövhəli məqalə dərc edib.   

AZƏRTAC Sinxuanın materialını təqdim edir.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov şənbə günü jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri forma, məzmun və status baxımından tarixidir”.

  O vurğulayıb ki, dünyada və regionda baş verən proseslər fonunda Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çox mühüm tarixi hadisə oldu. Hər bir dövlətdə ildə iki və ya üç səfərə dövlət statusu verilir. Azərbaycan Prezidentinin Çinə səfərinə bu statusun verilməsi xüsusi yanaşmanın göstəricisidir. Səfərin özü, danışıqlar, görüşlər, imzalanmış on sənəd bunu təsdiqləyir. Elə sahə olmadı ki, əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparılmasın.  

Novruz Məmmədov vurğulayıb ki, Çin və Azərbaycan sabit və təhlükəsiz şəraitdə uğurlu və davamlı inkişafı təmin edən dövlətlərdir. Biz bir-birimizə qarşılıqlı hörmət etmək, qarşılıqlı maraqları qorumaq, faydalı əməkdaşlıq etmək niyyətindəyik. Buna heç nə mane ola bilməz. Odur ki, bütün sahələrdə əməkdaşlığın inkişafı, bu sahədə qətiyyətin nümayiş etdirilməsi, iradənin ortaya qoyulması böyük əhəmiyyət daşıyır. Hətta Çin Xalq Respublikasının sədri belə bir fikir səsləndirdi ki, Azərbaycan ilə Çin arasında qədimdən əlaqələr olub. Bu əlaqələr xalqlarımız arasında da çox qədimdən olub. Onu isə Azərbaycan Prezidenti ilə şəxsi dostluq münasibətləri birləşdirir.  Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və digər bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı çox məzmunlu, mövqelərin üst-üstə düşdüyü söhbət aparılıb. Beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq xüsusi vurğulanıb. Bu ilin birinci yarısında Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı oldu. Həmçinin maliyyə-bank sahəsində əməkdaşlığın xüsusi yeri qeyd edilib.

N.Məmmədov diqqətə çatdırıb ki, Çin rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, ədalətli həlli məsələsinə çox qətiyyətli dəstək göstərib və bundan sonra da bu mövqedə olacağını vurğulayıb. Azərbaycan tərəfi bəyan edib ki, “Vahid Çin” prinsipi üzrə həmişə öz konkret mövqeyini bildirəcək. Bunun çox böyük əhəmiyyəti var.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında