Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri

“ADA” Universitetində görüş

Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu dekabrın 4-də “ADA” Universitetində olub.

Baş nazir Əhməd Davudoğlunu və qonaqları “ADA” Universitetində salamlayan rektor, xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafında diplomatların da rolu böyükdür. Rəhbəri olduğu  təhsil ocağı haqqında məlumat verən Hafiz Paşayev hazırda Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq etdiklərini vurğulayıb. Hafiz Paşayev Baş nazir Əhməd Davudoğlunun ictimai-siyasi fəaliyyəti barədə auditoriyanı məlumatlandırıb. Rektor Baş nazir Əhməd Davudoğlunun universitetə gəlişini tarixi hadisə adlandırıb.

“Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı qlobal çağırışlar qarşısında” adlı mühazirəsində Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin olduğunu bildirərək deyib: “Bizim münasibətlər istənilən iki ölkə arasında olan əlaqələrdən çox fərqli və xüsusi bir yerə sahibdir. Bunun ən yaxşı ifadəsini ulu öndər Heydər Əliyev “Bir millət, iki dövlət”, şairimiz Bəxtiyar Vahabzadə “Türkiyə və Azərbaycan, bir ananın iki oğlu” deyərək qeyd ediblər. Azərbaycan və Türkiyə bir ailədir. Biz ayrılmaz münasibətlərə sahibik".

Ölkələrimiz arasında sıx iqtisadi əlaqələrin də olduğunu söyləyən Baş nazir qeyd edib ki, hədəfimiz  qarşılıqlı sərmayə qoyuluşunu qısa müddətdə 20 milyard dollara, hazırda 5 milyard dollar olan ticarət dövriyyəmizi isə 15 milyard dollara çatdırmaqdır.

Türkiyənin Baş naziri ölkəsinin yürütdüyü xarici siyasətdən də geniş bəhs edib. Qeyd edib ki, Türkiyənin yürütdüyü xarici siyasətin əsasında insanlıq diplomatiyası durur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunan Əhməd Davudoğlu Türkiyənin Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəklədiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan torpaqlarının hər bir qarışının geri qaytarılmasında Türkiyə ölkəmizin yanındadır. Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyənin Qafqazda daimi sülh yaratmaq niyyətində olduqlarını bildirib. Baş nazir regionda reallaşan, Türkiyə və Azərbaycanın əsas rol oynadıqları Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələrin əhəmiyyətindən danışıb, eyni zamanda, TAP, TANAP layihələrinin də regionun inkişafına verəcəyi töhfələrdən bəhs edib.

Sonda Baş nazir  Əhməd Davudoğlu ADA Universitetinin tələbələrinin suallarını cavablandırıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında