“Azərsu” ASC-də Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir

Bilik Fondu əhalinin hüquqi maarifləndirilməsini davam etdirir

Dünya Bankının su təchizatı və kanalizasiya layihələri üzrə aparıcı mütəxəssisi Fransis Braunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Noyabrın 12-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində nümayəndə heyəti ilə görüş keçirilmişdir.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın böyük tarixi olduğunu xatırladaraq bankın ölkəmizdə həyata keçirilən sosial və infrastruktur layihələrində yaxından iştirakını yüksək qiymətləndirmişdir. Səhmdar cəmiyyətin sədri Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Şamaxı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərində  içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin uğurla davam etdiyini, artıq bu şəhərlərdə əhalinin layihələrdən faydalandığını bildirmişdir.

Dünya Bankının su təchizatı və kanalizasiya layihələri üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyinat aldıqdan sonra ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan Fransis Braun bildirmişdir ki, Azərbaycanda içməli  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görülür. O, hər dörd şəhərdə işlərin gedişindən razı qaldıqlarını və Dünya Bankının bundan sonra da Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dəstək verəcəyini diqqətə çatdırmışdır.

Görüşdə Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində görülmüş işlər və gələcək əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılmışdır. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov cəmiyyətin yeni təlim-tədris mərkəzinin inşa olunduğunu və artıq fəaliyyətə başladığını da bildirmişdir. Qeyd olunmuşdur ki, Dünya Bankının Bakı ofisinin rəhbəri də daxil olmaqla “Azərsu” ASC-nin əməkdaşlıq etdiyi beynəlxalq maliyyə institutlarının nümayəndələri mərkəzlə tanış olmuşlar. Ən müasir standartlara uyğun qurulmuş mərkəzdə regional təlimlərin keçirilməsi üçün hər cür şərait yaradıldığını diqqətə çatdıran Q. Hüseynov Dünya Bankının regional təlimlərinin Bakıda keçirilməsinə hazır olduqlarını vurğulamışdır. 

Günün ikinci  yarısında Fransis Braunun rəhbərlik etdiyi nümayəndə heyəti təlim- tədris mərkəzində olmuşdur. Nümayəndə heyəti, həmçinin səfər müddətində Şamaxı və Qəbələ şəhərlərində həyata keçirilən layihələrin icrası ilə də tanış olacaqlar.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında