Hayjanen Paulina: Seçkilərin tam şəffaf keçdiyinin şahidi oldum

Avropa İttifaqı Regional Komitəsinin Finlandiyadan olan üzvü Hayjanen Paulina keçirdiyi mətbuat konfransında V çağırış Milli Məclisə seçkiləri “düzgün, ədalətli, Azərbaycan xalqının iradəsini ifadə edən” seçkilər kimi xarakterizə etdi.

O bildirdi ki, məntəqələrdə seçicilərin namizədlərinə sərbəst səs vermələri üçün lazım olan şərait yaradılmışdı. Deputatlığa namizədlərin seçkiqabağı təşviqatda bərabər imkanlardan istifadə etmələri açıq-aydın hiss olunurdu. Hayjanen Paulinanın fikrincə, Yeni Azərbaycan Partiyasından xeyli sayda deputatlığa namizədin dəstəklənməsinin  səbəbi adı çəkilən partiya nümayəndələrinin əsası Heydər Əliyev tərəfindən qoyulan, ölkədə müşahidə olunan sürətli iqtisadi yüksəlişə və sabitliyin möhkəmlənməsinə yönəldilən siyasi kursa sadiq qalmalarıdır.

Hayjanen Paulina çıxışında daha sonra dedi:- Biz seçici siyahılarını yoxladıq, namizədlərin nümayəndələrinin iştirakını qeydə aldıq, seçki qutularının möhürlənməsini müşahidə etdik. Hesab edirik ki, Azərbaycanda seçkilər şəffaf və ədalətli keçdi. Şəffaflığın təmin edilməsi üçün isə hər cür şərait yaradılmışdı.

Finlandiyalı müşahidəçi  vurğuladı ki, müşahidə apardıqları seçki məntəqələri vaxtında açıldı, səsvermə nizamlı və mütəşəkkil qaydada keçdi. Müşahidəçilər məntəqələrdə əvvəldən axıra kimi seçki prosesini diqqətlə izlədilər. Bu, prosesin şəffaflığına öz müsbət təsirini göstərirdi. Səsvermənin nəticələrinin hesablanmasında da iştirak etdik. Hesablama düzgün aparıldı. Yerli müşahidəçilərin hesablamaya müdaxilə etməmələri də diqqətdən yayınmadı.  

Azərbaycanda Milli Məclisə indiki seçkilərin  demokratik şəraitdə keçirilməsi üçün mükəmməl hüquqi-texniki baza yaradılmışdır. Seçki məntəqələri bütün zəruri vasitələrlə təmin edilmişdi. Missiya tərəfindən hər hansı qanun pozuntusu qeydə alınmadı. Seçki məntəqələrində yüksək fəallıq müşahidə olunurdu. Nizam-intizama ciddi riayət edilirdi. Seçicilər sərbəst şəkildə məntəqələrə daxil olur, səslərini verirdilər. Bir sözlə, vətəndaşlar öz hüquqlarından yüksək səviyyədə istifadə etdilər.

Hayjanen Paulina çıxışının sonunda dedi:- Ölkə parlamentinə indiki seçkilərin  nəticələri Azərbaycanın gələcək inkişafına güclü təsir göstərəcək, ölkə daha böyük uğurlar qazanacaq. Bu seçkilər Azərbaycanın demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açaraq ölkənin beynəlxalq imicinin daha da yüksəlməsində mühüm rol oynayacaq. Ümumiyyətlə, digər müşahidəçi həmkarlarımın fikirləri də Azərbaycanda  seçkilərin azad, demokratik, şəffaf şəraitdə, beynəlxalq normalar çərçivəsində keçdiyini, vətəndaşların seçki mədəniyyətinin kifayət qədər yüksək olduğunu tam təsdiqləyir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında