Azərbaycandakı seçkilər dünyanın çox ölkəsinə nümunə ola bilər

Parlament seçkiləri başa çatdı. Milli Məclisdə xalqın iradəsini ifadə edə bilən namizədlər bu gərgin mübarizədə qalib gəldilər. Seçici inanır ki, bu namizədlərdən hər biri seçicisinin istək və problemini beş il müddətinə ali orqanda səsləndirəcək və onun həllinə çalışacaq. Seçki günü səsverməni izlədiyimiz məntəqələrdə seçici fəallığından əlavə yerli və beynəlxalq müşahidəçilərin, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, bitərəf və könüllülərin səsvermə prosesinə ciddi nəzarət etməsi də diqqətimizi çəkdi.

Xarici ölkə nümayəndələrinin seçkinin ədalətli, azad və qanunauyğun keçirilməsini etiraf edən müşahidəçilərinin fikirləri ilə tanış olmaq məqsədilə Rusiyadan gəlmiş Vyaçeslav Nekrasova yaxınlaşdıq. O, MDB-ni təmsil edən beynəlxalq müşahidəçi qismində Azərbaycana parlament seçkilərini izləməyə gəlib. Seçki məntəqələri, seçicilərə yaradılan şəraitlə bağlı fikirlərini belə bildirdi:

– Seçkilər başlayandan bitənə qədər bir çox məntəqədə olmuş, vətəndaşların səsvermə prosesini izləmişik. Biz bir neçə ildir ki, seçkiləri müşahidə etmək üçün Azərbaycana gəlirik. Qeyd etməliyəm ki, müstəqilliyin ilk illərindən fərqli olaraq ölkənizdə artıq qanunauyğun və ədalətli seçki prosesinin sabitləşdiyi açıq-aydın görünür. Azərbaycanda səsvermə prosesi artıq Avropa standartlarına uyğun keçirilir. Bu onu göstərir ki, ildən-ilə ölkənizdə seçkiyə xüsusi diqqət və tələblə yanaşılır, seçki prosesinin şəffaf keçməsi üçün lazım olan işləri məsuliyyətlə tamamlamağa çalışırlar. Bütün məntəqələrdə seçicilərin səsverməsi üçün rahat şərait yaradılmasının şahidi olmuşuq. Məntəqələrdə veb-kameraların quraşdırılması, “Exit poll”un olması seçkinin son dərəcə mütərəqqi üsulla aparılmasının göstəricisidir. Qeyd edim ki, heç Avropa ölkələrindəki seçki məntəqələrində veb kameralar quraşdırılmayıb. Çox yaxşı, örnək götürüləcək haldır ki, dünyanın istənilən ölkəsindən Azərbaycanda gedən seçkini bu kameralarla izləmək mümkündür. Seçicilərinizin fəallığı, aktivliyi də diqqət çəkir. Hiss olunur ki, seçki gününə qədər namizədlərlə seçicilərin mütəmadi görüşləri olmuş, buna görə də vətəndaşlar hansı namizədə səs verəcəklərini əvvəlcədən müəyyənləşdirmişlər. Seçki məntəqələrində qanun pozuntusu yoxdur, yerli müşahidəçiləriniz də səsverməni diqqətlə izləyirlər, bir sözlə, demokratik ab-hava var. Biz səsvermənin şəffaf keçməsini müşahidə etdik. Müşahidəçilər həm iqtidar, həm də müxalifət partiyalarının, həm hökumət, həm də qeyri-hökumət təşkilatlarının təmsilçiləridir. Öz təşəbbüsləri ilə könüllü və bitərəf müşahidəçilər də seçkidə nəzarətçi, müşahidəçi kimi iştirak edirlər. Bunun özü seçkinin demokratik keçməsinin əyani sübutudur. Buna görə də seçki prosesində heç bir gərginlik hiss olunmur, seçicilərin səs vermələri üçün demokratik şəraitə müdaxilə yoxdur. Əminliklə bildirirəm ki, ölkənizdə parlament seçkiləri qanunvericiliyin tələblərinə uyğun keçirilib. Gəzdiyimiz məntəqələrdəki müşahidələrimizə əsasən bunu deyə bilərəm ki, Azərbaycandakı seçkilərin bu cür ədalətli, azad, demokratik, şəffaf keçməsi, yəni, inkişaf etmiş Avropa ölkələrindəki seçkilərdən fərqlənməməsi dünyanın bir çox ölkələrinə nümunə ola bilər.

Zərifə BƏŞİRQIZI,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında