ABŞ-ın “AJF & Associates İnc.” şirkəti: Azərbaycanda “exit-poll” keçirməkdən məmnunuq

Bu gün Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, ABŞ-ın “AJF & Associates İnc.” şirkətinin direktoru Barbara Fiala, bu təşkilatın əməliyyatlar üzrə direktoru Co Annae Barnhart mətbuat konfransı keçiriblər.

APA-nın məlumatına görə, S. Məmmədov bildirib ki,  Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərdə “AJF & Associates İnc.” şirkəti (ABŞ) ilə birgə “exit-poll” keçirəcək.

Co Annae Barnhart isə deyib ki, Milli Məclisə seçkilərdə geniş və kompleks “exit-poll” keçirilməsi planlaşdırılıb. Təşkilatın 2013-cü ildə keçirilən prezident seçkilərində də “exit-poll” keçirilməsində iştirak etdiyini xatırladan “AJF & Associates İnc.” şirkətinin əməliyyatlar üzrə direktoru qeyd edib ki, bir müddət əvvəl Milli Məclisə seçkilərlə bağlı Azərbaycanda sorğu keçirilib və bu sorğu beynəlxalq aləmdə diqqət çəkib. Co Annae Barnhart Azərbaycanda “exit-poll” keçirməkdən məmnun olduqlarını söyləyib.

S. Məmmədov “exit-poll”un 118 seçki dairəsi üzrə 1053 məntəqədə keçiriləcəyini, nəticələrin seçki bitəndən 2 saat sonra - saat 21:00-da açıqlanacağını nəzərə çatdırıb.  

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının oktyabrın 20-də keçirilən iclasında Milli Məclisə seçkilərdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının “AJF & Associates İnc.” şirkəti ilə birgə “exit-poll” keçirmək üçün qeydə alınması barədə müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında