Qərbin qərəzli mövqeyi iflasa məhkumdur

Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri barədə indidən qəti fikir söyləmək tələskənlik və ya “öncəgörücülük” kimi qəbul oluna bilər. Amma dəyişməyən reallıqlar var ki, bu barədə fikir yürütmək yerinə düşər.

Hazırda ölkənin ictimai həyatında gələcək parlament seçkiləri əsas müzakirə mövzularından biridir. Nə baş verəcək? 1918-ci ildən bizə miras qalan parlamentdə kimlər təmsil olunacaq və seçkiyə cəmiyyətin hazırlığı hansı səviyyədədir? Əlbəttə, bu gün ictimai həyatda önəmli yer tutan  subyektlərdən biri də internet resurslarıdır. Elektron media və əsasən, sosial şəbəkələr gənc namizədlərin mühüm təşviqat vasitələrindən birinə çevrilib. Bu da şübhəsiz ki, Azərbaycanda azad internet imkanlarının olmasını və formalaşdığını bir daha təsdiq edir. Namizədlər əvvəlki illərlə müqayisədə xeyli gənc və iddialıdırlar. Dövlətin gəncləşdirmə siyasəti aparması  bu günün reallığıdır.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərə beynəlxalq müşahidəçiləri göndərməkdən imtina etməsi, əslində, bu qurumun çoxşaxəli fəaliyyətinin siyasi ambisiyalardan o tərəfə keçmədiyini göstərdi. Ölkələrin daxilində baş verən hadisələrə konstruktiv mövqe sərgiləmək əvəzinə, inkarçılıq mövqeyi tutmaq və böyük güclərin maraqlarını təmin etməyə çalışmaq demokratiya ilə bir araya sığmır. Təsadüfi deyil ki, bu günlərdə tanınmış rus politoloq Natalya Krasovskaya bu barədə daha sərt danışaraq Azərbaycanda ədalətli seçkilərin keçirilməsinin bəzi qara piar kampaniyası aparan qüvvələrə nə üçün maraqlı olmadığını açıqlayıb. N. Krasovskaya ATƏT-in tutduğu mövqe barədə danışarkən maraqlı fikir bildirib: “Rusiya xarici siyasət idarəsinin başçısı Sergey Lavrov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təsadüfən “zəif və boş”, asanlıqla manipulyasiya olunan təşkilat adlandırmayıb. Tamamilə aydındır ki, bu struktur insan haqları anlayışından və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan təzyiq silahı kimi istifadə edən Avropa siyasətbazlarının əllərindədir".

Bu gün artıq 60 minə yaxın yerli, 500- dək xarici müşahidəçi qeydiyyatdan keçib. Azərbaycan dövləti bununla bütün müşahidəçilərə açıq qapı yaratdığını göstərir. Lakin, təəssüf ki, dünya siyasətində ikili standartlar mövcuddur.  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da məhz ikili standartlardan uzaqlaşa bilmir.  Krasovskayanın fikirləri həqiqəti əks etdirir. O, Azərbaycanı güclü və uğurlu dövlət adlandırır. Geosiyasi proseslərdə müstəqil iştirak etmək niyyətini həyata keçirdiyini vurğulayır.

Ekspert bəzi Qərb ölkələrinə və onların siyasi texnoloqlarına sözəbaxan, neft və qazın satın alınmasında maksimum preferensiyalar təqdim etməyə hazır olan əlavə resurs mənbəyi rolunu oynayan ölkənin daha çox sərf etdiyini dilə gətirir.  Qərb ölkələri və ATƏT kimi beynəlxalq təşkilatla illərdir ikitərəfli və çoxtərəfli əməkdaşlıq edən və avroatlantik məkana inteqrasiya etməyi hədəf götürən Azərbaycana qərəzli yanaşma böyük ədalətsizlikdir.  Krasovskaya bildirir ki, “buna görə də Qərb siyasətçiləri öz təsir agentlərini Azərbaycanın qanunverici orqanına yeritməyə çalışırlar. Odur ki, xarici “kukla” oynadanlar hər hansı müxalifət, necə olur-olsun, Qərbdəki ağalarının xərclərinin əvəzini çıxmaq üçün heç olmasa, seçkiləri boykot etməyə çağıran və heç nədən ajiotaj yaratmaq iqtidarında olan müxalifət “təşkil etmək” üçün pula qənaət etmirlər"  fikri həqiqəti əks etdirir. 

Görünür, özünü demokratik prinsiplərin carçısı hesab edənlər müstəqil dövlətlə diktə dilində danışanda və metod fiaskoya uğrayanda  xoşagəlməz fikirlər səsləndirməyi, ajiotaj, şou yaratmaq cəhdlərini, boykot çağırışlarını adi hala çevirirlər. Ölkələrin demokratik, şəffaf seçki keçirmək əzmini gözardı edir, böhtan və iftira kampaniyasına başlayırlar. Amma bu cəhdlər iflasa məhkumdur.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında