Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir

Ukraynanın “Versii.com Fabrika analiti” portalı “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir” sərlövhəli geniş məqalə dərc edib. Məqalə Azərbaycan Respublikası Konstitusiyasının qarşıdan gələn 20 illiyinə həsr edilib. Analitik materialın müəllifi  hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyevdir. 

 Professor xatırladır ki, hər il noyabrın 12-si Azərbaycanda müstəsna əhəmiyyətli dövlət bayramı - Konstitusiya Günü qeyd edilir. İyirmi beş il əvvəl, 1995-ci ildə ümumxalq referendumu yolu ilə müstəqil suveren dövlətin Əsas Qanunu - müstəqil demokratik hüquqi cəmiyyətin qarantı olan Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib.  

Alim məqalədə qeyd edir ki, o dövrdə ölkənin gələcək inkişafının konseptual əsaslarını və fundamental prinsiplərini əks etdirən yeni qanun lazım idi. Lakin müstəqilliyin ilk illərində ölkədə sabitliyin və xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini mümkünsüz etdi. Yalnız ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra mühüm ictimai-siyasi mühit formalaşdı. Bu, dövlət və cəmiyyət həyatının bütün sahələrində irimiqyaslı işlərə başlamağa, o cümlədən Əsas Qanunu qəbul etməyə imkan verdi.  

A.Quliyev məqalədə vurğulayır ki, 1995-ci il Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır və onun qəbul edilməsi Heydər Əliyevin əvəzsiz xidmətinin nəticəsidir. 

Böyük siyasi təcrübəyə malik Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin inkişafında və milli şüurun oyanışında əvəzsiz rol oynayıb.  Materialda qeyd edilir ki, yeni Konstitusiya demokratik, dünyəvi, hüquqi dövlətin bünövrəsini qoyub, insan hüquq və azadlıqlarının müdafiəsi üçün əsaslı zəmin yaradılıb. Konstitusiyanın qəbul edilməsi təkcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiqləyən fakt deyil, həm də Azərbaycan Respublikasının inkişafının keyfiyyət mərhələsinə keçməsinin göstəricisi oldu. Siyasi sistemin mərkəzində insan, onun hüquq və azadlıqları, demokratik və hüquqi dövlət idealları durdu. İnsanın, onun hüquq və azadlıqlarının ən yüksək dəyərlər kimi qəbul edilməsi ölkə Konstitusiyasının əsas məqsədidir. 

Məqalədə xüsusilə vurğulanıb: “Ümummilli lider müasir dövlətçiliyin banisi oldu. Onun zəngin dövlətçilik təcrübəsi bütün dünyada yüksək qiymətləndirilib. O, elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl dövlətçilik konsepsiyasını yaratdı, dövlətin idarə edilməsi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoydu. Bu gün Azərbaycan Heydər Əliyevin nəzərdə tutduğu yolu davam etdirir. Prezident İlham Əliyev dövlət idarəetməsi sahəsində Heydər Əliyev ideyalarının davamçısıdır”.   

Analitik məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:

http://versii.com/news/336835/

 

Zeynal AĞAZADƏ,
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında