"Haffinqton Post": "Əli Kərimli ABŞ qəzetlərində məqalələr yazmaq əvəzinə, Azərbaycanın parçalanmış müxalifətinə kömək etsə daha yaxşı olar"

ABŞ-ın nüfuzlu "Haffinqton Post" qəzeti tanınmış amerikalı politoloq, Kaliforniyanın "Tool Shed Group LLC" analitik mərkəzinin eksperti Ceyson Katzın "Əzəmətli diyardan qəribə səs" sərlövhəli məqaləsini dərc etmişdir.
AzərTAc həmin məqaləni qısa ixtisarla təqdim edir:
- Bu yaxınlarda ABŞ-da nəşr olunan qəzetlərin birində Azərbaycan haqqında bir məqalə oxudum. Məqalənin müəllifi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir. Zənnimcə, hər bir müəllif haqqında yazacağı məsələni ətraflı tədqiq etməli və öyrənməlidir. Düzünü deyim ki, mən müəllif və onun partiyası haqqında heç vaxt eşitməmişdim.
Müəllif mənim çox yaxşı tanıdığım ölkəni - Azərbaycanı avtoritar dövlət kimi qələmə vermişdir. Prezident İlham Əliyevi şəxsən tanımasam da, onun siyasi, iqtisadi və diplomatik sahələrdə qazandığı uğurlardan xəbərdaram.
Mən Azərbaycanda bir neçə dəfə olmuşam və bu ölkəni tərəqqipərvər, müxtəlif mədəniyyətlərin təmsilçisi olan insanların yaşadığı açıq, dünyəvi və qərbyönümlü bir ölkə kimi tanıyıram. Doğrudan da, Azərbaycan Şərq və Qərb sivilizasiyalarını özündə birləşdirən bir ölkə, dünyanın bütün hissələrində yaşayan insanların görmək istədikləri ideal bir məkandır. Azərbaycanda nadir hallarda başıörtüklü qadın görmək olar. Qadınlar həyat yoldaşları ilə çəkinmədən şəhərdə gəzirlər. Yeni infrastruktura malik bu postsovet respublikasında vətəndaşlar yaxşı maaşlı işlərlə, bir sözlə, hər cür rahatlıqla təmin olunmuşlar. Müəllifin hədəfi Azərbaycanı tərəqqiyə aparan geniş infrastruktur, sosial xidmət, sənaye və kənd təsərrüfatı, habelə müasir yollar, neft-kimya və enerji sahələrində möhtəşəm layihələrin təşəbbüskarı Prezident İlham Əliyevdir.
Həqiqətən, Azərbaycan müsəlman dünyasında ilk demokratik parlamentli respublikadır. Azərbaycan hətta ABŞ-dan da əvvəl irqindən, dinindən, cinsindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara seçib-seçilmək hüququ vermişdir. Müsəlman dünyasında ilk opera məhz Azərbaycanda yazılmışdır. Uzun müddət sovet respublikası olan Azərbaycan Sovet İttifaqının süqutundan dərhal sonra ABŞ, Avropa ölkələri və hətta İsrail ilə sıx əlaqələr qurmuşdur. Onu da xüsusi qeyd etmək vacibdir ki, Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. 2500 ildən artıqdır ki, bu ölkədə yaşayan yəhudilər arasında hətta parlament üzvləri də vardır. Yəhudilər haqlı olaraq özlərini Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsi hesab edirlər. Bəlkə də, Ə.Kərimlinin yazdıqlarından hamıdan əvvəl onlar təəccübləniblər.
Maraqlıdır, Ə.Kərimli Azərbaycanda mənim gördüyüm müasir yolları, parkları, yeni binaları və s. görməyib?! Məgər o, Azərbaycanda keçirilmiş seçkilərin rəsmi nəticələri ilə tanış olmayıb?! Azərbaycan xalqı seçkilərdə müxalifətə deyil, məhz Prezident İlham Əliyevə, onun siyasətinə güclü dəstək nümayiş etdirmişdir.
Reallıq bundan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sabitlik, davamlı iqtisadi inkişaf hökm sürür, ölkənin beynəlxalq aləmdə nüfuzu getdikcə daha da artır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ATƏT-in, Avropa Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü kimi Avratlantik məkana uğurla inteqrasiya edir.
Ə.Kərimli ABŞ qəzetlərində məqalələr yazmaq, ağa qara demək əvəzinə, Azərbaycanın parçalanmış müxalifətinə kömək etsə daha yaxşı olar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında