Rouşanbəy ABSATTAROV: “Əgər ermənilərin dediyi kimi, Osmanlı Türkiyəsi tərəfindən bir milyondan çox erməni öldürülmüşdürsə, bu, tarixi sənədlərlə sübut olunmalıdır”

Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin uydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarı türk dünyasının haqlı narazılığına səbəb olmuşdur.

{nl}

Abay adına Qazaxıstan Milli Universiteti politologiya kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rouşanbəy Absattarov qondarma soyqırımı ilə bağlı müxbirimizlə söhbətində demişdir: “ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən qondarma ”erməni soyqırımı" barədə qərar qəbul edilməsi səhv və ədalətsiz işdir. Əvvəla ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyənin tarixini tam dəqiqliklə bilmir və mən belə düşünürəm ki, heç öyrənmək də istəmir. Belə ki, 1915-ci ildə – Birinci Dünya müharibəsi dövründə ermənilərin soyqırımına məruz qalması heç də dəqiq məlumat deyildir. Həmin hadisələr zamanı türklər daha çox qətlə yetirilmişdir, nəinki ermənilər.

{nl}

Amerika Konqresinin bu addımını mən Türkiyənin daxili işlərinə qarışması kimi qiymətləndirirəm. Əgər ermənilərin dediyi kimi, Osmanlı Türkiyəsi tərəfindən bir milyondan çox erməni öldürülmüşdürsə, bu, tarixi sənədlərlə sübut olunmalı və bundan sonra siyasi qiymət verilməlidir. O vaxt nəinki Türkiyədə, heç Ermənistan ərazisində o qədər erməni yaşamamışdır.

{nl}

ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qondarma soyqırımı məsələsini gündəmə gətirməsi Türkiyə və Ermənistan arasındakı münasibətləri yaxşılaşdırmaq əvəzinə daha da gərginləşdirə bilər.

{nl}

 

{nl}

Qulu KƏNGƏRLİ

{nl}

AzərTAc-ın xüsusi müxbiri

{nl}

Almatı

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında