Çin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır

Aprelin 15-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) Çin-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Ley Minqçiunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
O.Əsədov Çində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı vermiş, yaralananların tezliklə sağalmasını arzulamışdır.
Sonra Milli Məclisin sədri Azərbaycan-Çin münasibətlərinin tarixindən danışmış, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra əlaqələrimizin yeni müstəvidə inkişaf etdiyini bildirmişdir. O demişdir ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmış, münasibətlərimizin genişlənməsi üçün böyük imkanlar açmışdır.
Ölkəmizdə həyata keçiriən islahatların uğurlarından danışan O.Əsədov demişdir ki, indi Azərbaycan regionda lider dövlətdir. Amma Ermənistanın torpaqlarımızı işğal altında saxlaması regionun inkişafına ciddi maneə törədir. Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar nümayiş etdirdiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə, Çin dövlətinə və hökumətinə minnətdarlıq etmişdir. O.Əsədov ölkələrimiz arasında iqtisadi-ticarət dövriyyəsinin də artdığını bildirmiş, münasibətlərimizin genişlənməsində parlamentlərin rolunu xüsusi qeyd etmişdir.
ÜXNY-nın Çin-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Ley Minqçiu Azərbaycanda olmasından məmnunluğunu ifadə etmiş, göstərilən diqqətə görə minnətdarlıq etmişdir. O demişdir ki, səfərin məqsədi parlamentlərimiz arasında münasibətlərin genişləndirilmsinə dair fikir mübadiləsi aparmaqdır. Qonaq ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirmiş, nümayəndə heyətlərimizin beynəlxalq təşkilatlarda, eləcə də BMT-də əməkdaşlığının fayda gətirdiyini qeyd etmişdir.
O demişdir ki, Çin Azərbaycanın müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşır, Dağlıq Qarabağ münaqişəsinin də məhz beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Bu siyasət dəyişməzdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında