Azərbaycanın icra hakimiyyəti başçılarından ibarət nümayəndə heyəti Avstriyada səfərdədir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bölgələrdə aparılan quruculuq və abadlaşdırma işlərinin daha zövqlə və mükəmməl təşkil edilməsi, bu sahədə xarici ölkələrin təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycanın şəhər və rayon icra hakimiyyəti başçılarından ibarət nümayəndə heyətləri mütəmadi şəkildə dünyanın inkişaf etmiş ölkələrinə işgüzar səfərlər edirlər.
Bu qəbildən tədbirlər çərçivəsində növbəti nümayəndə heyəti aprelin 11-dən Avstriyada səfərdədir. Azərbaycan Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Niyaz Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə həmin şöbənin baş məsləhətçisi Hafiz Məmmədov, Beyləqan, Füzuli, Goranboy, Xızı, Tərtər, Yardımlı, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonlarının və Naftalan şəhərinin icra hakimiyyəti başçıları daxildir.
Səfər müddətində Vyana şəhərinin meriyasında, Vyana İqtisadiyyat Palatasında, Vyana Enerji Evində görüşlər keçirilmiş, ölkənin federal quruluşu, idarəetmə sistemi, eləcə də bələdiyyələrin maraqlarının təmsili, fəaliyyətin əsas istiqamətləri, vəzifə və səlahiyyətləri barədə məruzələr dinlənilmişdir. Avstriyalı mütəxəssislər həm federal əyalət, həm də şəhər statusuna malik Vyana şəhərinin maliyyə sistemi, icra hakimiyyəti orqanlarının strukturu, iş fəaliyyəti, inkişaf proqramları, şəhərsalma, planlaşdırma və parklar sistemi barədə təqdimatlarla çıxış etmişlər.
Avstriya tərəfinə Azərbaycanda aparılan quruculuq işləri, həyata keçirilən irimiqyaslı layihələr, regional inkişafın əsas istiqamətləri, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış problemlər və digər mövzularda məlumat verilmiş, suallar cavablandırılmışdır.
Təşkil edilmiş ekskursiyalar zamanı şəhər və rayonlar səviyyəsində məişət tullantılarının toplanması və emalı, ətraf mühitin təmizlənməsi və enerji sistemləri ilə tanışlıq nümayəndə heyəti tərəfindən böyük maraqla qarşılanmışdır.
Aprelin 18-dək davam edəcək səfər müddətində, həmçinin Azərbaycan nümayəndə heyətinin regionlara səfəri də nəzərdə tutulmuşdur. Yuxarı Avstriya federal əyalətinin mərkəzi Lints və Burqenland federal əyalətinin mərkəzi Ayzenştadt şəhərlərində federal əyalət hökumətlərinin fəaliyyəti, şəhərsalma və yaşıllaşdırma prinsipləri, şəhərin iqtisadi inkişaf strategiyası, əhaliyə göstərilən xidmətlərin məzmunu və təşkili mövzularında məruzələr dinləniləcək, yerli şəraitlə yaxından tanış olmaq üçün ekskursiyalar təşkil ediləcəkdir.

{nl}

Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında