Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton oktyabrın 21-də xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür.
E. Məmmədyarov Azərbaycanın Böyük Britaniya ilə münasibətlərə böyük önəm verdiyini qeyd etmiş və ölkələrimiz arasında əməkdaşlığın genişləndiyinin müsbət hal olduğunu vurğulamışdır.
D.Lidinqton Böyük Britaniyanın Azərbaycana böyük əhəmiyyət verdiyini və ölkəmizin beynəlxalq terrorçuluğa qarşı mübarizədə, Əfqanıstanda sülhün və stabilliyin bərpa edilməsində rolunu yüksək dəyərləndirmişdir. O, ölkəsinin Azərbaycanla bir çox sahələrdə, xüsusilə qeyri-neft sektoru sahəsində də əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.
Nazir E. Məmmədyarov Cənubi Qafqazda regional layihələrin inkişafı, xüsusilə neft, qaz və infrastruktur layihələrinin həyata keçirilməsi barədə qonağa məlumat vermiş, bu layihələrin strateji əhəmiyyətə malik olduğunu bildirmişdir.
D.Lidinqton Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə maraqlanmış və Böyük Britaniyanın ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyini qeyd etmişdir.
E. Məmmədyarov münaqişəni Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük təhlükə kimi qiymətləndirmiş, Ermənistanın işğalçı siyasətinə son qoymaq və Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrinin çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin qətnamələrinin yerinə yetirilməsinə dair beynəlxalq ictimaiyyətin mövqeyinin aydın ifadə olunmasının zəruriliyini bildirmişdir.
Bununla yanaşı, ATƏT-in Minsk qrupuna sədrlik edən ölkələrin prezidentləri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 2009-cu ildə Yunanıstanda, 2010-cu ildə Kanadada verdikləri birgə bəyanatlarda açıqlanmış və ATƏT-in həmsədr ölkələrinin 2009-cu ildə münaqişə tərəflərinə təqdim etdikləri "Yenilənmiş Madrid Prinsipləri" adlı sənəddə əks olunan təkliflərin Azərbaycan tərəfindən prinsipcə qəbul olunduğunu, Ermənistanın isə bu sənədlə əlaqədar rəsmi mövqeyinin qeyri-müəyyən qaldığını qeyd etmişdir. E. Məmmədyarov sülh və sabitlik üçün mövcud olan fürsətlərdən yararlanmağın vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında