ABŞ təhlilçiləri Obama hakimiyyətini bölgəmizə dair konkret siyasətlə çıxış etməyə çağırırlar

Vaşinqtonda yerləşən "Amerikanın tərəqqisi uğrunda" Mərkəz ABŞ-ın Qara dəniz hövzəsi və Mərkəzi Asiya dövlətləri ilə bağlı siyasi strategiyasını nəzərdən keçirən konfrans təşkil etmişdir.
Konfrasda çıxış edənlər arasında Cənubi Qafqaz üzrə mütəxəssislər, o cümlədən Atlantika Şurasında Avrasiya Mərkəzinin baş tədqiqatçısı Aleksandros Pitersen, Brukinqs İnstitutunda ABŞ və Avropa Mərkəzinin direktoru Fiona Hill, "Vaşinqton Post" qəzetinin redaktoru Fred Hayat, ABŞ-ın Gürcüstan və Qazaxıstanda sabiq səfiri Uilyam Kortni və "Amerikanın tərəqqisi uğrunda" Mərkəzin Rusiya və Avrasiya üzrə direktoru Samuel Çarap yekdilliklə bildirmişlər ki, Rusiya ilə münasibətlərini yenidən qurmağa çalışan Obama hakimiyyəti bölgədə yerləşən digər kiçik dövlətləri də unutmamalı, onları maraqlandıran mühüm məsələlərə ciddi yanaşmalıdır.
Son aylar bir sıra yüksək səviyyəli ABŞ rəsmilərinin səfərləri, o cümlədən ötən ay Prezident Obamanın Nyu-Yorkda Azərbaycan və Qazaxıstanın dövlət başçıları ilə görüşlərinə baxmayaraq, Ağ Ev bu mühüm bölgədə öz maraqları, imkanları və siyasi niyyətlərini yerli dövlətlərə səmərəli şəkildə çatdırmağa hələ də müvəffəq olmamışdır. Moldovadan tutmuş Qırğızıstana qədər bu geniş bölgədə ABŞ siyasi strategiyasının daha konkret formalaşmasına böyük ehtiyac duyulur. Natiqlər qeyd etmişlər ki, Vaşinqtonun Moskva ilə yaxşılaşan münasibətləri geosiyasi rəqabəti aradan qaldıraraq, Qara dəniz və Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya dövlətləri ilə də əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır.
Bu baxımdan bir sıra amilləri nəzərə almaq vacibdir. Belə ki, Vaşinqton "Böyük oyun"un mövcudluğuna inanan qüvvələrə uymayıb bu sabiq sovet respublikaları ilə təmasda onları Rusiyanın, Çinin və ya Əfqanıstanın "qonşuluğunda" yerləşən ölkələr perspektivindən qiymətləndirməməli, hər bir dövlətlə münasibətləri qarşılıqlı maraqlar üzərində inkişaf etdirməlidir. ABŞ bölgədəki iştirakını təkcə təhlükəsizlik və ya təbii ehtiyatların hasilatı baxımından deyil, həm də diplomatik, iqtisadi və mədəni mexanizmlərlə təsdiqləməlidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini "vam odda qaynayan" problem kimi səciyyələndirən mütəxəssislər, Türkiyə-Ermənistan sərhəddinin açılması ilə münaqişənin həlli arasında birbaşa bağlılığı nəzərə çarpdırmış, bu məsələlərin paralel həllinin zərurəti haqqında da danışmışlar.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında