Bir qrup fransız deputatın Dağlıq Qarabağa səfər etməsi Fransa Milli Assambleyasının mövqeyini əks etdirmir

Azərbaycan Respublikasının Fransadakı səfirliyi fransız deputat F. Roşbluanın təşkilatçılığı ilə bir qrup deputatın bir müddət əvvəl Dağlıq Qarabağa səfəri ilə bağlı Fransanın Milli Assambleyasına ünvanladığı etiraz məktubuna cavab alınmışdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a daxil olan məlumatda deyilir ki, məktubda Fransa Milli Assambleyasının sədri Bernar Akuoye bu hadisədən xəbəri olmadığını və bu məlumatı səfirliyin məktubundan sonra əldə etdiyini bildirmişdir.
B.Akuoye bu səfərin qətiyyən Milli Assambleyanın rəsmi missiyası olmadığını və fransız deputatların şəxsi səfəri olduğunu qeyd etmişdir. O, həmçinin səfərin Milli Assambleyanın hesabından maliyyələşdirilmədiyini də məktubunda qeyd etmişdir.
Milli Assambleyanın sədri həmin deputatların tutduqları qeyri-rəsmi mövqeyin Minsk qrupunun tərkibində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı səylərini davam etdirməkdə olan Fransanın iştirakını şübhə altına almayacağını vurğulamışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında