Paraqvay parlamentində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul edilmişdir

Bəyanatda Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğu, Ermənistan tərəfindən işğal edildiyi əksini tapmışdır

Paraqvay Respublikasının Milli Konqresinin Deputatlar Palatası Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə bağlı bəyanat qəbul etmişdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Deputatlar Palatasının plenar iclasında qəbul edilmiş bəyanatda Dağlıq Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğu bir daha təsdiq edilir, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edildiyi, Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş hərbi əməliyyatların minlərlə insanın qətli, əsir və itkin düşməsi, məcburi köçkünə çevrilməsi ilə nəticələndiyi bildirilir.

Bəyanatda Paraqvay Deputatlar Palatası Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətini təsdiq edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və BMT Baş Məclisinin müvafiq sənədlərinə uyğun həllinə çağırır.

Paraqvay Deputatlar Palatası bu bəyanatla münaqişənin qurbanına çevrilmiş insanların ağrısını bölüşdüyünü qeyd edərək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunduğu kimi sülh şəraitində birgə yaşayış, insan hüquqlarına hörmət və dialoqun vacibliyini bildirir.

Bəyanat sentyabrın 10-da qəbul edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında