“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir”

Qafqaz Universitetində yeni tədris ilinin başlanması münasibətilə ənənəvi Bilik Günü keçirildi. Tədbirdə universitetin müəllim və tələbələri, Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi və valideynlər iştirak etdilər.

Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin rektoru, professor Ahmet Saniç açdı. Tədbir iştirakçılarını Bilik Günü münasibətilə təbrik edən rektor qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin xeyir- duası ilə fəaliyyətə başlayan Qafqaz Universiteti ölkəmizin nümunəvi təhsil ocaqlarından biri kimi fəaliyyətini uğurla davam etdirir. Hər il təhsil almaq üçün universitetə xaricdən onlarla tələbə üz tutur. Türkiyə, Rusiya, Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İran, Küveyt , Koreya, Ukrayna, Peru, İndoneziya, Miyanmar, Yəmən, Çad və Mozambik kimi ölkərdən gələn tələbələr öz mədəniyyətlərini nümayiş etdirməklə universitetin ümumi ahənginə rəngarənglik qatırlar.

Universitetin iş dünyası ilə əlaqələrindən, məzunlarının dünyanın 67 ölkəsində əmək fəaliyyətini və təhsilini davam etdirməsindən, eləcə də, rəhbərlik etdiyi kollektivin gələcək planlarından danışan professor Ahmet Saniç bu il TQDK-nın qəbul imtahanlarında yüksək bal toplayaraq Qafqaz Universitetini seçən abituriyentlər haqda da məlumat verdi. Qeyd olundu ki,  cari ildə ikisi 700 bal olmaqla 600 -dən yuxarı bal toplayan 259 nəfər , pedaqoji ixtisaslar üzrə isə 500-dən yuxarı bal toplayan 71 nəfər Qafqaz Universitetini seçib.

Tədbirdə yüksək balla Qafqaz Universitetinin tələbəsi adını qazananlara universitet tərəfindən hədiyyələr təqdim edildi. Universitetin tələbələrindən ibarət özfəaliyyət qruplarının ifa etdikləri mahnı və rəqslər tədbirə bayram ovqatı qatdı.

Bakı Slavyan Universitetinin dosenti Kifayət Haciyeva tələbələrə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi əsasında “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir ” mövzusunda ingilis dilində seminar keçdi. Tələbələr seminarda dəyərli məlumatlar əldə etdiklərini və onları maraqlandıran suallara cavab aldıqlarını bildirdilər. Fəlsəfə doktoru Kifayət Hacıyeva da belə bir gündə fərqli tədbirin keçirilməsini təşkil edən universitet rəhbərliyinə təşəkkürünü bildirdi və tələbələrin fəallığından razı qaldığını qeyd etdi.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında