İsmayıllıda “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının təqdimatı olub

İsmayıllıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının təqdimatı  olub. Yenicə çapdan çıxmış kitab politoloq alimlər, ali məktəblərin müəllimləri və tələbələri, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə  İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində idarə, müəssisə və təşkilatların, hüquq mühafizə  orqanlarının rəhbərləri, rayon ziyalıları, fəal oxucular, ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər.

Tədbiri rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının  geniş elmi axtarışlara söykəndiyini, müəllifin Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasının əsaslarını ətraflı şərh etdiyini və buna maneə yaradan amilləri açıq şəkildə göstərdiyini vurğulayıb.

Əməkdar müəllim Ramiz Baloğlanov, şəhər 3 saylı məktəb-liseyin tarix müəllimi Vasif Cabbarov, İvanovka kənd tam orta məktəbinin direktoru Mixail Uryupin, şəhər 5 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Abdullayeva, İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mail Fərəcov, gənc müəllim Qönçə Ağazadə, dövlət qulluğu veteranı Valeh Salehov çıxış edərək akademik Ramiz Mehdiyevin  bu kitabının Azərbaycanda və dünyada baş verən siyasi proseslərin təhlili baxımından dolğun və tutarlı faktlarla zəngin olduğunu bildiriblər. Çıxışlarda, habelə vurğulanıb ki, aktual mövzularda elmi əsərlərlə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademik Ramiz Mehdiyev Azərbaycanda gedən proseslərin geniş siyasi-sosioloji və elmi-fəlsəfi şərhini verir. Görkəmli alimin yeni kitabı da bu baxımdan öz zənginliyi və elmiliyi ilə olduqca təqdirəlayiqdir.

Sonda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək kitabın elmi və siyasi aspektləri barədə ətraflı məlumat verib, ikili standartların Azərbaycan üçün yaratdığı problemlərdən danışıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında